17 min ədəd “Kalaşnikov” necə yoxa çıxıb? – Ermənistanda “itən” silahlar hansı ölkədə “tapıldı”?backend

17 min ədəd “Kalaşnikov” necə yoxa çıxıb? - Ermənistanda “itən” silahlar hansı ölkədə “tapıldı”?

Belçikanın “EU Reporter” saytı araşdırmaçı jurnalist Sara Millerin 2020-ci ildə 44 günlük müharibədən sonra Ermənistanda 17 min avtomat silahın müəmmalı şəkildə yoxa çıxmasından bəhs edən məqaləsini dərc edib.

Maraqlı olacağını nəzərə alıb materalın tərcüməsini KONKRET.az oxucularının diqqətinə çatdırırıq.

“44 günlük müharibədən sonra Ermənistan ordusunun 17 min ədəd “Kalaşnikov” markalı avtomat silahı yoxa çıxıb. Zarafat etmirəm, bunu Ermənistanın daxili işlər naziri Vahe Qazaryan da etiraf edib. Qazaryan bildirib ki, ordunun arsenalından yoxa çıxan silahları “gördüm” deyən olmayıb. 17 min rəqəmi sizə adi gəlməsin. Bu qədər avtomat dörd piyada briqadasını silahlandırmaq üçün kifayətdir. Ermənistan ordusunun cəmi 65 min nəfər olduğunu nəzərə alsaq, deməli, yoxa çıxan silahlar onun şəxsi heyətinin dörddə birinə bəs edərdi. Həmin silahlar düzgün qablaşdırılarsa, onun daşınması 1400-dən çox qutu və 10-dan çox yük maşını tələb edər. Qazaryanın sözlərinə görə, silahlar 44 günlük müharibə zamanı yerindəymiş, “Kalaşnikov”lar münaqişədən dərhal sonra yoxa çıxıb. Qazaryan həmçinin qeyd edib ki, o, “silah və sursatla bağlı məsələdən narahatdır”, çünki bunun regional təhlükəsizlik və sabitlik üçün potensial nəticələri ola bilər.

Əgər silahlar yerli əhali tərəfindən oğurlansaydı, bunun fəsadları dərhal özünü göstərərdi. Mütəxəssislər hesab edir ki, ölkədə silah yoxdur. Ermənistan boyda bir ölkədə 17 min avtomatı gizlətmək asan iş deyil. Bəs yoxa çıxan olan silahlar indi haradadır? Erməni ekspertlər hesab edirlər ki, silahlar İrana daşınıb, daha doğrusu satılıb. Ekspertlərin rəyinə görə, müxtəlif terror təşkilatlarını silahlandıran Tehran onları müntəzəm olaraq yüngül və ağır silahlarla təmin edir.

Rusiya istehsalı olan silahların əlavə üstünlüyü var. Onları izləmək demək olar ki, mümkün deyil. İran özünün “Kalaşnikov” analoqlarını – KLF və ya KLS avtomatlarını istehsal edir. Lakin İran silahlarını dizaynına, aşağı keyfiyyətə, istehsal işarələrinə görə  asanlıqla müəyyən etmək olur.

Husilərə, HİZBULLAH-a və ya HƏMAS-a Rusiya istehsalı olan silahlar ötürülür. Həmin silahların isə dəqiq haradan gəldiyini heç kim bilmir. Təsəvvür edin ki, 2020-ci ildən bəri Ermənistanın hərbi anbarlarından yoxa çıxan “Kalaşnikov”lar HƏMAS-a ötürülüb və həmin silahlarla günahsız insanlar qətlə yetirilib. Bir il əvvəl Ukraynaya göndərilən silahların cinayətkarların əlinə keçəcəyi ilə bağlı məlumat yayılmışdı. Şərqi Avropada yüzlərlə odlu silahın müxtəlif dəstələrə satıldığı iddia edilirdi. Dəlillər qeyri-müəyyən olsa da, media bununla bağlı böyük səs-küy qaldırdı. Əlbəttə, cinayətkarların döyüş bölgəsindən silah ala bilməsi tamamilə inandırıcıdır. Biz Ermənistanda yoxa çıxan 17 min “Kalaşnikov” avtomatının dünyada terrorçuları silahla təchiz edən bir ölkə tərəfindən ələ keçirilməsi qənaətindəyik”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*