Abşeronda 18 gün öncə maşın vuran 21 yaşlı oğlan bu gün ölüb.
KONKRET.az xəbər verir ki, hadisə martın 14-də Xırdalanda baş verib.
Yolu keçmək istəyən 2003-cü il təvəllüdlü Mirtural Ramil oğlu Səlimovu maşın vurub. Aldığı xəsarətlərdən komaya düşən gənc 18 gün ərzində xəstəxanada müalicə olunub.
Mirtural Səlimov bu gün xəstəxanada dünyasını dəyişib. Fakt araşdırılır.