18 oktyabr iş günüdür? – RƏSMİ AÇIQLAMAbackend

18 oktyabr iş günüdür? - RƏSMİ AÇIQLAMA

Milli Məclisdə “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi qəbul edilib.

KONKRET.az xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat xidmətinin rəhbəri Aynur Osmanqızı bildirib ki, 28 May – Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.

“Həmin günlər hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) isə iş günü olan bayram sayılacaq”, – Dövlət Xidmətinin rəsmisi vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*