190 manat haqqında ƏSL HƏQİQƏT – “Edirsən vay, etmirsən yenə də vay”backend

190 manat haqqında ƏSL HƏQİQƏT - "Edirsən vay, etmirsən yenə də vay"

Elnur Camalxanov

Konsert başladı. Bəli, bəli, məhz konsert. 190 manat verilməyə başladısa konsert də başladı. Kimisi vayner olub alacaq, kimisi layner. Kimisi həqiqi ehtiyacdan alacaq, kimisi S klassda laqeyidcəsinə “qalibiyyət” həzzini sərgiləyəcək. Kimisi öz şəxsi məlumatları ilə alacaq kimisi “məzə” üçün daxil etdiyi məlumatlarla. İstənilən halda alan da olacaq, almayan da. Razı qalan da olacaq, qalmayan da. Məhz konsert də belə yerdə başlayacaq. Sosial şəbəkələr yazacaq, pozacaq, müzakirə edəcək, günahkar axtaracaq. Ancaq qonşusunun haqq etdiyi 190 manatı almasına görə sevinən bir kəs görməyəcəyik. Bəlkə də görəcəyik, bilmirəm. Amma bu konserti 3 pərdəyə bölmək istərdim.

Peşəkar İT mütəxəssisi olmasam da, 1-ci pərdəyə vaxtilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İT şöbəsinə rəhbərlik edən bir şəxs kimi münasibət bildirəcəm. Az çox bildiklərimdən yazacam. Öncə onu deyim ki, bu elektron sistem hər kəsin bir çırtma tək asan şəkildə narazılıq ifadə edəcəyi qədər sadə deyil. Təsəvvür edin 600 min şəxsə yardım ayıracaq bir sistem bəlkə də 6 milyon insan tərəfindən yüklənməyə məruz qalır. Çünki böyük əksəriyyət (haqqı olan da olmayan da) sistemə baş vurub özünü 190 manat üzərində sahibli görmək istəyəcək. Tutar qatıq tutmaz ayran deyib barmaqlarını klaviatura üzərində işə salacaq.

Ancaq bədbəxt sistemi düşünən və “anan ölsün, nələr çəkirsən” deyən olmayacaq. Təbii haqqınızdır. Sistem varsa, hər kəsin ondan istifadə etmək hüququ var. Ancaq doğrudanmı hər kəsin? Məsələn, vaynerlər və ya laynerlər bu sistemə hücum edib vicdandan kənar hisslərlə onu yükləyəndə vicdan hüquqları onlara bir söz dedimi? Əsla demədi. Əllərini klaviaturaya uzatmazdan öncə o 190 manata ehtiyacı olan həqiqi acı düşündülərmi? Yaxşı, bu dilsiz ağızsız binəva sistemin ixtiyarı özündə olmayan qapıları açıqdırsa, “Bəs mənim mərifətimə nə gəlib” sualını özünə verən oldumu? (söhbət imknaı olub 190 manata göz dikənlərdən gedir). Axı limit dolduqda, sistemin qapıları qeyri-ixtiyari hər kəsin üzünə bağlanır. Hətta bir atanın və ya dul qalan ananın ac körpəsinin gözündən və üzündən axan yaşları da nəzərə almır, bu qəddar sistem. Heç bir mərhəmət göstərmir. Düz də edir. Deyir, siz şüurlu olduğunuz halda mərhəmətli olub kasıbların haqqını gözləmirsizsə, bəs mən bu şüursuz beynimlə niyə də mərhəmətli olum? Heç olmaya, 190 manatı almaq üçün mənəvi haqqınızdan uzaq bir hüququnuz yaransa da, onu həqiqi haqq sahiblərinə çatdırmaqda bir vasitəçi olun. Yeməyin, xərcləməyin. Sanki ağır bir döyüşdə qalib gəlmiş kimi davranıb sinənizə döyməyin. Öyünməyin. Lütfən, əlinizi vicdanınıza qoyun və pulu sahibinə çatdırın. (Çatdıran da olub) İmkanlı şəxslər 190 manatdan ötrü əllərini klaviaturaya uzadanda tövsiyyə edərdim, öncə vicdanlarıyla söhbət etsinlər. Baxsınlar, icazə verir, ya yox. Əgər icazə versə, demək vicdanlarının belə, vicdanı yoxdur.

İndi də gəlin, sistemin işləmə mexanizmini el dili ilə çox qısa şəkildə tərif edək. Nazirliyi müdafiə kampaniyası qurmuram. Sadəcə bəzi həqiqətlər bəlli olsun deyə ədalət naminə yazıram ki, evimizi yıxan dedi-qodular nisbətən azalsın. Əgər azalsa. Bu iş sırf İT şöbəsinin əməkdaşları tərəfindən yerinə yetirilir. Yuxarı-aşağı 10-15 işçi tərəfindən. Proqram yazılır, test olunur və istismara buraxılır. Mütəxəssislər yaxşı bilir ki, istənilən bir proqramın yazılması ilə istismara buraxılması arasında 3 aydan tutmuş 3 ilə qədər zaman gedir. Amma 190 manatın ödənilməsi ilə bağlı sərəncam çıxan kimi çox qısa bir müddətdə icra prosesi başladı. Mən əminəm ki, dediyimiz 10-15 mütəxəssis gecə gündüz yatmadan bu işi ərəsəyə gətirib. Gözünüzün önündə bir məlumat hovuz canlandırın. Bu hovuza müxtəlif qurumlara məxsus dəliklərdən məlumatlar axır. Hovuzda o qurumların məlumatlarını emal edib bir-birilə uzlaşdıran bir dəzgah işləyir. Qurumlardan gələn məlumatlarda uyğunsuzluq olduqda isə uzlaşma getmir və dəzgah geri ötürmə edir. Bu prosesdə ƏƏSMN-nin sistemi həmin dəzgah rolunu oynayır. Digər qurumlardan gələn məlumatlara heç cür cavabdehlik daşıya bilməz. Ona görə bəzi şəxslər hətta belə bir məsələdə də yalnız ƏƏSMN günahkar çıxarır ki, bu da məntiqli görünmür.

2-ci pərdəyə vaxtilə ƏƏSMN-də mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan biri kimi münasibət bildirəcəm. Əgər kəm-kəsirlərin əksəriyyəti digər qurumlardan gələn məlumatdadırsa mətbuat xidmətinin rəhbəri bir sözçü olaraq hansı icra funksiyasını yerinə yetirə bilər? Mətbuata aşıqlama verirsən vay vermirsən vay. Çoxları öz komfortundan dolayı primitiv ittihamlar irəli sürür ki, bu da ədalətsiz bir münasibət ortaya çıxarmış olur.

3-cü pərdəyə vaxtilə sözügedən nazirlikdə Aparat rəhbərinin müavini vəzifəsində çalışmış biri kimi fikir bildirəcəm. Rəhbər ilk növbədə peşəkar kadrların seçilməsi və onlaırn hazırlanması qayğısına qalmalıdır. Hər şeydən əvvəl isə yaxşı təşkilatçılıq vərdişlərinə sahib olmalıdır. Bir çox aspektlərdən baxsaq bu məsələlər təminatlı görünür. Əfsuslar olsun ki, insan xislətinin baltalamaq kimi “gözəl” xüsusiyyəti var. Nə təklifdə nə təşkildə buluna bilməyən bəzi insanlar “cəfa görməyim səfa görüm” amacıyla haqsız iddialı olduğu və əldə edə bilmədiyi maddiyata görə kənar insanlarda mütləq nöqsan axtarır. (inanın ki, belələri yetərincə var) Hardasa kimdəsə nazirliyin nəzarət funksiyasına aid bir sahədə sosial problem yaranırsa dərhal naziri hədəf götürüb tənqid atəşinə tutur. Əcəba, nə işdir? Noolub Sizə? Şəxsi ambisiyalardan doğan problemi niyə ümumi kontekstdə haray-həşirə salırsız? Nazirin müdafiəçisi kimi çıxış etmirəm. Xahiş edirəm yanlış anlamayın.

Dərinə gedəndə mənim də cənab nazirdən qəlbən incidiyim məsələ var. Nə zamansa qismət olar, üz-üzə gələrəm, özünə deyərəm. Gəlmərəmsə, özümdə də qalar. Amma bu hisslərin işgüzar müstəviyə hakim kəsilməsinə və görülən əsaslı işlərə kölgə salmasına yönəlik fikirlər səsləndirməsinə yol verə bilmərəm. Ən azından xatırlayıram ki, nazirin əsaslandırmasıyla pandemiya dövründə 250 min nəfərlik yardım alma limiti 600 min nəfərədək artırıldı. Həmçinin bu yardımın bir başa və tez bir şəkildə ünvanına çatdırılması üçün təcili tədbirlərin həyata keçirilməsinə göstəriş verildi. Bəzi sistem uyğunsuzluqlarını nəzərə almasaq, hər şey qaydasında getdi. Maraqlıdır ki, 190 manatı aldığını sosial şəbəkədə car çəkən şəxslər nəinki şükürlü görünürdülər, hətta almadıqları üçün naziri və ətrafını tənqid atəşinə tutan bəzilərini açıq-aşkar dəstəkləyirdilər. Əcəba, qəribə paradoksdur. Edirsən vay, etmirsən yenə də vay. Bəs necə işləyəsən? Məncə, növbəti konsertə başlamazdan əvvəl özümüzə tənqidi prizmadan baxmalıyıq. Haqqımızın nəyə çatıb-çatmadığına layiqincə qiymət verməliyik. Bu isə cəsarət tələb edir. Ələxsus pul olan yerdə.

KONKRET.az

  • Mamed
    İyun 25, 2020 - 11:11

    A yaltaq bəsdir də bu yaramazları təriflədin elə 27 ildi ölkənin milyardlrını da xalq daşıyıb xaricə hə ??

    • Kəmalə
      İyun 25, 2020 - 16:26

      Salam Mənim 190 Mana ya ehtiyacım var 190 Manat Birdəfəlik Ödəməyə Mən Də Müraciət Etdim Heç Yerdə İşləmirəm Ki İş Gəlirim Olsun Mənə Heç Bir Mesaj Gəlmədi Nə Hə Mesajı Nə Də Yox Mesajı Gəlmədi Getdim Məşğulluq Mərkəzinə Mənə Dedilər Səndə Statust Var İndi Deyirlər İnsanlar 3-Cü Birdəfəlik Ödəməni Alır Bəs Mən Nə Edim Nə Qədər Gözləyim İnsanlar 3-Cü Birdəfəlik Ödəməni Alanda Mən Birincini Belə Almamışam Mesajı Da Gözləyə Gözləyə Ömrüm Çürüdür Mənə Bir Yol Göstərin

  • Paşayeva Ruhanə
    İyun 25, 2020 - 11:14

    Axı başqa rayonlara niyə verilmir oxı ordada işləməyən şəxslər var

  • Güler
    İyun 25, 2020 - 11:18

    Salam. Menim de 190 m ehtiyacım var niye verilmir ki iki usaq baxıram serhedler baglı gefis gel is yox niye fikirlesmirsiz acınan ölmeliyik yoxsa nece. Bizide nezere alın xahis olunur

  • Hasanova
    İyun 25, 2020 - 11:36

    Karantin bolgesinde olmayanlar neynesin bes ? Nolsun ki karantin bolgesinde deyilk axi hele de biz iwsiz statusundayiq haqsizliq edilir coxxx ! Verirsiz herkese verin bele ayri seckilikle yoxx !!!

    • Vugar ganizadeh
      İyun 25, 2020 - 19:58

      Eyib olsun həqiqətən ..biz də almayaq????necə vicdansız danışırsız!!!!!

  • fidan
    İyun 25, 2020 - 12:20

    bizimide etiyacim.varda bize niye vermirsiz

  • Ulvi
    İyun 25, 2020 - 12:31

    Salam. Dediylerivizde düzlerde var. Məsəlçün millətin acgöz insanları kimi. Məsəlçün yaşayışı normadan artığ olan halda agliyan ozunnen maddi cəhətdən aşağı təbəqəni gormuyub yüksək təbəqəyə hərisliy eden insanlar. 190 manat o acgözcun mahiyyəti olmasada kasibcun boyu bir mahiyyət kəsb edir. Bunları düz deyirsiz sizinlə tam razıyam. Ancag bu millətin prablemi deyil. Kasıbın 2 3uwagi olanın prablemi deyil. Boyat çörəyi suyla qızdırıb uşağına verənin prablemi deyil. Ata anasına xəstə olduğu halda pensiya kesilmemesi və övladın tək canıyla iw olduğu halda güclə valideyninin dərmanlarını və ehtiyaclarını qarşılayan bir övladın prablemi deyil. Hələ saysam bitməz agliyarsiz. Qelbivizde dawlawma gətmiyibse. Belə insanların prablemleri özlərinə bes edir. O bəzi insanlıqdan kənar azgozlerin aldığı kasıbın haqqıni siz bərpa etmelisiz o prablemi siz aradan qaldirmalisiz. O kasıb insan nə etsiz getsin desin mənim haqqımdi pulumu ver? Səhv hardadı evveldedi sondadi bəlkə siz evvelinnen şəraiti düz qursaydiz pensiya alanlara düzgün şəkildə qruplara ayirarag rüşvət olmadan hər bir insana haqqı olan pensiya qrupunu versəydiz. Uşağ pulların və başqa sosial yardımları haqqı olan insanlardan kəsməyib rüşvət verən insanlara vermeseydiniz. Və başqa bir çox ölkədaxili səhv addımlar atilmasaydi indiki vəziyətdə 190 manat çox insana lazım olmazdı və belə bir prablem də yawanmazdi. Orta hesabla hər 2 ailədən 1inde əlil var amma ya 1qrupa 2vereceyler hansısa bəhanə ilə yada 3cu qrupdan rüşvət istiyeceyler siz bunları vaxtında düzgün yerinə yetirib rüşvəti aradan qaldirsaydiz indi 190manati prableme cevirmezdiz. Nəysə danışılası çox şey var ancag soz azadlığı olmadığı üçün çox şey danışılası deyil udulasidi.

  • Elxan
    İyun 25, 2020 - 12:46

    Salam dostlar necesiz Məndə ilk 190 manatı aldım hetda kartda gedib götürdüm karta pul köcmedi heç yerde de işləmirəm dünən mesas gelinlik UNUBANKDAN sizin hesabınız dəyişdirildi zəng vurub soruşdum dedilər ki siz bizim musderisiz yaniki meni kimse menden xəbərsiz ise düzəldib bununla bağlı köməklik edin ne edə bilərəm?

  • Sevinc
    İyun 25, 2020 - 12:52

    Bir nefer yoldawim idi arada iwleyen,fehle olaraq,gucle iw tapib iwleyirdi indi karantine gore oda iwlemir,indi bes biz neyniyek?satilasida bir wey yoxdu ki sataq,kecen defe aldiq,ama bu defe duwmedi rayon sobetine gore,vallah eger dogurdan ehtiyacim olmasa idi,ne uwagimin bogazindan kiminse haqqin kecirderdim,nede saatlarca gedib 190m pul alacam deye o eziyyeti cekmezdim,eger aileme yetecek qeder maawli iw olsa alin terimle qazanmaq daha rahatdi

  • Emma
    İyun 25, 2020 - 13:06

    Neycun basqa rayonlara vermirler?he onsuzda bu 190 manati islemeyene verirler ne karantinidir ne koronasidir bu 600 min insan issizdir ki verilmisdir ,indi niye vermirsiniz he?

  • Emma
    İyun 25, 2020 - 13:08

    Bunlarin hamisini eden o Sahildir ,ozune az olur qalan caamatin pulunu ozu yesin de ona gore cunki cenab prezident 600 min ehaliye vermisdir ,indi o sahilin qanunudur ,bu issiz camaat yazig deyil?

  • Etibar Hüseynov
    İyun 25, 2020 - 13:40

    Hörmətli, Elnur müəllim.
    Nazirlikdə əvvəlcə IT şöbəsinin sonradan mətbuat xidmətinin rəhbəri və apparat rəhbərinin müavini vəzifələrində işləməyiniz şübhə doğurur. Sual yaranır: hansı səbəbdən eyni şəxs nazirliyin müxtəlif sahələrində həmişə rəhbər vəzifələrdə işləyir?

    • MEHBUBE
      İyun 26, 2020 - 15:28

      Mənim 2 yetim saxlayıram duzu 2 190m almisam indi Seliyan qeydiyyatdan ama 15 ildi bakıda yaşayıram bu nece olsun derdimiz kime deyek

  • Lyudmila
    İyun 25, 2020 - 13:45

    Mrnim fikrimce 190 manat hamiya verilmelidir yeni 600 min adama.ayriseckilik salmaq lazim dryil.onlarin her birinin o pula ehtiyaci var.qorxmursuzki el acib Allah Tebarek Tealaya frtyad ederler haqqsizliqa gire dusunun ve bu problemi hrll edin.

  • Sevinc
    İyun 25, 2020 - 13:45

    indiki dövirde camahata deyirler yixil ol ne men isdiyirem ne yoldasim körpe usagnanam hec dövletden bugune kimi gelir almamisam dediler dusmur onlar bilirler kimlere vermek lazimdi ehtiyaci olmuyanlara

    • İrina
      İyun 25, 2020 - 17:09

      Karantin olmayan bölgalarda serhed lar bagli oldugunan isinin dalina geda bilmiyam insanlar var şexsan menim yoldasim mart ayinan burdadi geda bilmir raisiyaya is de yoxdu burda neynayak bes biz

  • Etibar Hüseynov
    İyun 25, 2020 - 13:49

    Eyni zamanda o da şübhə döğurur ki, necə peşəkar IT mütəxəssisi olmayan şəxs IT şöbəsinin rəhbəri ola bilər?… Məhs elə bu səbəbdən də nazirliyin IT (elektron) sistemi zəif işləyir.

  • Günel
    İyun 25, 2020 - 14:06

    Başka rayonlara niyə ayrıblaraeee.besdirində.bizimde ehtiyacımız var bu işə.

  • Shovlet
    İyun 25, 2020 - 14:17

    rayondakı işləmiyənlərə verilmir qardaş rayonlarda işmi varki işləsinlər karantin olmasada iş yoxdu onsuz.rayonlarda quşçuluq fabrikində və s.. milləti qul kimi 180 manata işlədirlər onlarda məcburdu işləməyə çünki başqa iş yoxdu.ikincidə işsizin nə rayonu nəşəhəri nolardı o yetimlərədə yardım edərdi dövlət

    • Hummet
      İyun 25, 2020 - 14:25

      Bezileri ucun hec ne olmuya biler bu pul ancaq biz kasiblar unucun bir ayimizin corek erzaq puludu.cox xahiw edrem bawqa rayonlarda salinsin siyahiya

  • Etibar Hüseynov
    İyun 25, 2020 - 14:38

    Nazirlik ğərəy əvvəlcədən mahiyyətçə və həcminə görə hansı elektron proqramlarının tələb olunacağını müəyyən etsin və həmin proqramların həcminə görə daha böyük həcmdə (ehtiyatla) hazırlanmasını əvvəcədən təmin etsin ki, təcili tədbiqə ehtiyac yarandığı zaman heç bir problemlər yaranmasın. Qeyd etdiyim işlər əvvəlcədən görülsə idir vicdansız və tərbiyəsiz insanların (190 manata ehtiyacı olmayanların) qeydiyyatdan keçmək cəhdlərinə baxmayraq elektron sistem “donmazdır” və bu hall haml üçün dövlətin hər bir vəziyyətə əvvəlcədən hazır olduğunu və müvafiq olaraq dövlətə inamı, ədalətsizliyin, vicdansızlığın və tərbiyəsizliyin hər zaman məğlubiyyətə uğradığını və heç bir məsələyə təsir edə bilməyəcəyini, yəni tam acizliyini bir daha təsdiq edərdi. Beləliklə də, vicdansız və tərbiyəsiz insanların hər hansı destruktiv hərəkətlərinin qarşısını almaq, bütövlüklə cəmiyyəti mənəvi dəyərlər əsasında formalaşdırmaq, cəmiyyətdə mənəvi dəyərləri qorumaq və təbliğ etmək vəzifəsi bütövlüklə dövlətin vəzifəsidir. Nüzirlik elektron sisteminin təşkilində səf taktika və strategiya seçmişdir və məhs bunun nəticısində vicdansız və tərbiyəsiz şəxslər müvvəqqəti və qismən də olsa elektron sistemin “dondurulmasına”, cəmiyyətin və dövlətin qarşılıqlı inamsızlığına nail olmuşdurlar.

    • Vusale
      İyun 25, 2020 - 15:00

      Salam. Men rayonda qeydiyata am ve bakida yawayiram iwsizem iki az yawli uwaq anasiyam bakida kvraturant qaliram rayonda da ne evmiz nede aylem yawayir cxib ora gedek hem cimin rayon lara serhedler qoyulub ve minim kimi minerce insanlar var rayon qeydiyatindalilar bakida yawayilar deye bilersiz bu insanlar ne yesin ne icsin nece dolansin

    • Vusale
      İyun 25, 2020 - 15:05

      Salam. Men rayonda qeydiyata am ve bakida yawayiram iwsizem iki az yawli uwaq anasiyam bakida kvraturant qaliram rayonda da ne evmiz nede aylem yawayir cxib ora gedek hem cimin rayon lara serhedler qoyulub ve menim kimi minerce insanlar var rayon qeydiyatindalilar bakida yawayilar deye bilersiz bu insanlar ne yesin ne icsin nece dolansin? hamiya verilmedli hani ki rayonda iwi yeri acdiz insanlar iwe daxil olduki bu puldan mehrum edilir camat yaziq gelub bakida fehle iwleyirdi balasin dolabdirdi onda olmuwuq korona virusdan deyil acliqdan olecek bu milet

    • Vusale
      İyun 25, 2020 - 15:06

      Salam. Men rayonda qeydiyata am ve bakida yawayiram iwsizem iki az yawli uwaq anasiyam bakida kvraturant qaliram rayonda da ne evmiz nede aylem yawayir cxib ora gedek hem cimin rayon lara serhedler qoyulub ve menim kimi minerce insanlar var rayon qeydiyatindalilar bakida yawayilar deye bilersiz bu insanlar ne yesin ne icsin nece dolansin? hamiya verilmedli hani ki rayonda iwi yeri acdiz insanlar iwe daxil olduki bu puldan mehrum edilir camat yaziq gelib bakida fehle iwleyirdi balasin dolandirdi onda olmuwuq korona virusdan deyil acliqdan olecek bu milet

    • Hevva
      İyun 25, 2020 - 23:08

      Indi hami pis veziyetdedi 190 manat hamiya palilmalidir haqsizlix bu vurisnan elaqedar ne qede cammat isizdirler neynen dolanax dovlet elesinde yariminizi bir adama bir min palamirsiz ki 200 manat da deyil 190 manat di da nediki sizin kimilere biz bula neqeder ehtiyacimiz var usaqlari dolandirmag ozumuzu dolandirma rahatdimi ele pis veziyetde hamiya elyinde yarmizi camat diri diri qirirsiz oldurusu dovlet bizi bele eziyetnen oldurur vurus olmunen mi qorxax.

  • Xatire
    İyun 25, 2020 - 14:41

    Bu 190 manata her bir issiz statusu almis insanin eytiyaci var.190 manati vermirsiz isle temin edin sora vermeyin.day bele ayri seckilik etmeyin yeri yoxdu.verlir her kese verilsin.

    • Cəbrayıl
      İyun 25, 2020 - 23:41

      Tamamilə doğrudur. İşi olmayan vətəndaşlar üçün 190 azn verilməlidir.

  • Etibar Hüseynov
    İyun 25, 2020 - 14:58

    Fikirlərinizin bir qismi ilə razıyam, həqiqətən də cəmiyyətimizdə elə insanlar var ki, özlərindən başqa heçkəsi düşünmürlər, lakin bu xüsusiyyəti cəmiyyətin xüsusiyyəti kimi dəyərləndirməklə kifayətlənmək olmaz, bu məsələnin qarşısını almaq bilavasitə dövlətin vəzifəsidir. Eyni zamanda dövlətin hər hansı bir nəaliyyətinə görə tərif gözləmək də düz deyil, vətəndaşların bütün mənəvi və maddi tələbatını ən yüksək səviyyədə təmin etmək dövlətin vəzifəsidir. O ki, qaldı cəmiyyətmə mövcud olan nöqsanlara, həmin nöqdanları isteza tonunda vurğulamaq, daha da şişirtmək və həmin nöqsanların aradan qaldırılması üçün sistemli şəkildə heç bir tədbir görməmək həmin nöqsanların daha da dərin kök salmasına gətirib çıxarır, cımiyyətdə və dövlətdə qarşılıqlı inamsızlıq yaradır, uğursuzluq hissi yaradır. Yadda çıxarmayaq ki, biz özümezdə şah İsmayıl Xətayi, I-ci şah Abbas, Nadir şah Afşar kimi böyük şəxsiyyətlərin və bütün Azərbaycan dövlətlərin möhtəşəm və yenilməz mənəvi, mədəni və maddi irsinin daşıyıcılarıyıq və bu müqqədəs amillərə əsaslanaraq da bu günümüzü və gələcəyimizi qurmalıyıq.

  • Anar
    İyun 25, 2020 - 15:15

    Menim atam vetrandi mende esgerliyden 2 aydi gelmisem adamda yasayiram is yoxdu hec yerde xays edriy basqa rayonlarida siyahiya salin

  • Anar
    İyun 25, 2020 - 15:16

    Menim atam vetrandi mende esgerliyden 2 aydi gelmisem agamda yasayiram is yoxdu hec yerde xays edriy basqa rayonlarida siyahiya salin

  • Məhəmməd
    İyun 25, 2020 - 15:37

    190 azn. Birdefelik yardımı düzgün araşdırıb bir de yoxlayın.kime düşür kimə yox.

  • İsko
    İyun 25, 2020 - 16:10

    Bəsdirin kresloda oturub haqsız qərarlar qəbul etdiz! ƏVVƏL KİMLƏRƏ VERMİSİZ 190 MANATI indidə həmin qaydada həyata keçirdin ki ,heç bir ehtiyaclı qıraqda qarnı ac qalmasın.bu dəqqə bütün hər yerdə işsizlik baş alıb bu baxmır hansı rayondu bütün ölkə ehtiyyac içindədir,insanların gözü qapıda qaləbki ay aman görən kim köməy əli tutacaq.hələki öz dövlətinə 4 gözlə gözlüyürki dövlət bu millətə əl tutacaq yenədə.ayrı seçkiliy taratmayın hamını razı salın ay dövlət qurumları,ay dövlət qanunlarını idarə edənlər .mənimdə iki uşağım var dolandira bilmirəm .Allahın sosialını 6 ay verdi dövlət sorada ailə tərkibini bəhanə gətirib kəsdi sosialı.sosialı ləğv eləyin,uşaq puluları bərpa edin qoy bütün uşaqlı ailələr puluynan təmin olunsun.NƏDİ O SAL LAHƏ YARATMISIZ HEÇ

  • Namiq
    İyun 25, 2020 - 16:13

    Siyahını necə tapaq. Bir azböyük şəkildə

  • Roksa
    İyun 25, 2020 - 16:23

    Bu qədər vicdansız insanlar görməmişdim, pulu alanların çoxu məhz elə özləridi, 100 insan adı yazıb 500 insan kimi qeydiyyatdan keçirib 400nü özləri yeyir utanmır bir danışırlar da, Allah böyükdür belələri axirəti düşünmürlər

  • Buludxan
    İyun 25, 2020 - 16:45

    Salam! VÖEN nin fəaliyyətinin dayandırılmasına (ümumiyyətlə heç bir fəaliyyətim, gəlirim və adıma heç bir şey yoxdur) baxmayaraq mənə 190 manat ödənilməyib! Nazirliyə məktubda yazmışam, ancaq cavabsız qalıb! Nə üçün mənə 190 manat verilmir bilmirəm! Məndə bu dövlətin işsiz və heç bir gəliri olmayan vətəndaşıyam! Bir yolum qalıb, o da məhkəməyə müraciət etmək!

  • No name
    İyun 25, 2020 - 16:46

    Yaxwida cemi 10 milyon ehalimiz var. Yatlratdiginiz sistem cemi 10 min adamin muracietleri sebebinden normal wleye bilmir. Duwunun 100 milyon ehalimiz olsaydi bizde elektron hecne iwlemezdi. Burdan bele neticeye geliremki bizim IT iwcileri qoyundur (tebbiki hamisi yox) yadaki 100 150 milyon ehalisi olan olkelerde IT xidmetinde alimler iwleyir…. Not gote girenliyi eliyib bu qeder yazmisan ay werefsiz gedib arawdirsaq 190 manati belke sende almisan. Bugun olkede ehalinin 80% i yoxsuldu 60% i iwsizdi 600 min adam 190 manat yardim aldi bes qalani? Olar acindan olmelidir? Ele sizin vicdaniniz olsun ki hamiya yardim edin haminin ailesi uwagi var.

  • Buludxan
    İyun 25, 2020 - 16:57

    Heç bir gəlirim, adıma heç bir əmlak yoxdur. VÖEN nin fəaliyyəti 2025 ci ilə qədər dayandırılıb. 2018 ci ilin iyun ayından Sabunçu rayon MM də işsiz kimi qeydiyyatdayam. İki dəfə Nazirliyə məktubla müraciət etmişəm, cavab yoxdur. Nə səbəbdən mənə 190 manat verilmir?

  • Kəmalə
    İyun 25, 2020 - 17:01

    Salam Mənim 190 Manata Ehtiyacım var Heç Yerdə İşləmirəm Adıma Torpaq Və Ev Yoxdur İş Gəlirim Yoxdur Mən BirDəfəlik Ödəməyə Görə Müraciət Etdim Mənə BirDəfəlik Ödəməyə Görə Heç Bir Mesaj Gəlmədi Nə Hə Nə Də Yox Mesajı Gəlmədi Getdim Məşğulluq Mərkəzinə Mənə Dedilər Səndə Statust Var İndi Deyirlər İnsanlar 3-Cü Birdəfəlik Ödəməni Alır Bəs Mən Nə Edim Mən Birincini Belə Almamışam Mesajı Gözləyə Gözləyə Qalmışam Mənə Kömək Edin Mən Də Birdəfəlik Ödəməni Alım Nə Qədər Mesajı Gözləyəcəm Ki Mənə Birdəfəlik Ödəmənin Mesajı Gelsin Mənə Kömək Edin Mən Də 190 Manat Birdəfəlik Ödəməni Alım

  • İra
    İyun 25, 2020 - 17:15

    Serhed lar acilmamis karantin olmayan bölgelare 190man verilmir niya? Serhed lari acim camahat yene getsin rasiyada qazansin gönderin ayilasine pul her teref baglidi

  • Gülnar
    İyun 25, 2020 - 19:25

    Pul olan yerdə qarışıqlıq çox olur.Amma bu qədər yox də.Qiyabiçi tələbəyə əyanı kimi mesaj gəlir.Maddə 4.1.6 yəni əyani oxuduğunuz üçün sizə işsizlik statusu verilmir.Təzədən müraciət edilir.zəng edilmir 142-dən.İndi də blogerlər videolar paylayjır 190 man.almayanlar üçün qeydiyyat başlayıb .Qeydiyyat yeri açılmır yazılır.bağla qeydiyyat yoxdur.142 cavab verir qeydiyyat yoxdur.Onlayn ərizə müraciət parol şifrə istəyir.Sadə tələbə isə şəxsiyyət vəsiqəsi ilə portala girə bilmir.Çarəsizik

  • İlyas
    İyun 25, 2020 - 20:09

    Salam.məndə almamişam 59 yaşim var hec yerdə işdəmirəm.günəmuzd işdiyirdim.indidə olmaz karantindi.evim yox.Kirayədə qaliram.Nə Aprel ayinda nədə may ayinda vermədilər.Adinda qoydular ki adima maşin var.Duzdi maşin olub , amma 2011 ci ildə də metallom kimi maşin usdalarna 800 manata satdim.
    Evimidə 2012 ci ildə satdim.Nə yaxşi maşinı tez ögrəndilər ki adima maşin var.Onuda ögrənsinlərki adima evim yoxdu.bir söznən evsizəm .Həyat yoldaşimda işdəmir.mən nə edim.İş o yerə catibki Marketlərdə uje borca vermək isdəmir.mən Marketləridə başa düşürəm.Mən hec kimdən yardim isdəmirəm.Dövlətdən isdiyirəm mənə ödəniləcək 190 manatı. Zəng vurmuşam social gov aza,deyir məşgulluga zəng vur bizdik deyil.məşgullug deyir 142 yə zəng vur qaynar xəttə.orada zəng vurdun düz 10 dəqiqə saxliyib xəttdə ki, növbən hələ catmiyib 70 qəpikdə burdan getdi.onuda konturu kredit idi.oda dediki bizdik deyil.Nə isə Nazir müavinlərnə email yazmişam Anar Məllimə hələdə cavab gəlmiyib.Zəngdə vururam cavab verən yoxdu.1 həfdədə gözdiycəm cavab gəlməsə Prezidentə yazacam.Bir söznən
    Yaza-yaza qalmişam.

  • Əflan
    İyun 25, 2020 - 22:52

    Valla bilmilər neyləsinlər karantin edlər yoları baxlıylar.Nə bir yerə getmək olur
    gunəmuz işliyərsə.250 iş acılıb gedrsən məşxuluqa işə görə deyilər iş yoxdur bəs necə dolanaq.rayonlara 190 manat yardım edrsən hamsına bu yardımı etsinlər .

  • Şahverənova Sevda A.q
    İyun 25, 2020 - 23:05

    Men 2019 cu ilin avqust ayinin 28 de vöenimi ìşimi baglatdirmaq üçün erize vermişdim.Bang hesabim da legv edilib.190 màn.ta müraciet etdim işsiz kimi mene cavab geldi ki vöennin aktivdir.vergiler nazirliyine şikayet etdim çox çetinlikle.bildirdiler ki menim dövlete 1.57 qep.artiq ödemem var.ona göre vòeni aktivdir.amma bu haqdq vergi mene melumat göndermeyib.250 man.üçünde qeydiyyatdan keçe bilmedim çünki bang hesabim baglanilib.heç ne ala bilmedim.yeniden vòenin baglanmasi üçün müraciet etdim.27 de mektub geldi ki vöen passivdir. 142 ye zeng etdim bildirdiler li ayi.190 man.ta yeniden müraciet ede bilmedim çünki qeydiyyat 27 de dayandiildi.amma demişdiler ki ayin 4 ne kimi qeydiyyat var.milleti aldatdilar.nazirliye mektub yazdim.bütün şöbelere amma cavab gelmedi.heç bir yerden gelirim yoxdur.qizim ve nevemde menim üstümdedir1 yaş 3 ayliq uşaq.qizimda işlemir.ona da vermediler.derdimizi demeye adam tapmiriq.

  • Musa Quliyev
    İyun 26, 2020 - 01:41

    Açığı deyim ki,pula hamının ehtiyacı var.Ama hansı dərəcədə bu fərqli olaraq davam edir. Özüm 190 manatı alanda bankın qabağında Range Rover markalı maşından düşən dayının növbədən kənar girmək üçün növbə gözləyən adamlarla savaşanda”Səni pulla basdiraram” sözü hələdə yadımdan çıxmır. Əgər bu qədər çox pulun varsa, 190manata qalmısan?! Xülasə səflərin yarısı özümüzdədir. Ya qanunu yaxşı bilmirik,yada saxtakarlıq etdiyimizə görə düzgün danışmaq istəmirik. Ancaq özümüzə sərf edəndə qanundan danışırıq.

  • Fariz Abdullayev
    İyun 26, 2020 - 02:40

    Yazdiqlarivizin bezilerini oxusaz hec ozuvuzde oz yazdigiviza inanmazsiz, mene dusmedi meqsed ise yanvar fevral ayi maas almisam, cemi iki aya 500manat oda 190aznin iki mislini kecir dusmur, ay bedbextler birincisi men tek deyilem ailem var yoldasim usagim var yeni 500manat 6ay korpe usaqli aileye bes eleyerki men azteminatli sayilmiram, birdeki pandiya martdan baslayibsa aprelden qeydiyyaybolubsa yanvarda menim maas almagimin ne menasi ne elaqe fakt men issiz kimi qeydiyyatdayam mart ayindan islemirem, atam anam bugune kimi resmi isi olmayib onlarida azteminatli saymirlar bes kimdi azteminatli menim coxteminatim varsa yerini de yararlanimda

  • Əliyev aydın
    İyun 26, 2020 - 09:04

    Mən Yevlaxdan yazıram ailəmizə heç bir yerdən gəlir gəlmir yəni nə sosial nə də ki pensiya pandemiya ilə əlaqədar olaraq da yoldaşım işləməyib 3 az yaşlı uşağımız da var bizə imtina gəldi özüdə aztəminatlılıq meyarına uyğun gəlmirsiz yazılmışdı bu necə araşdırmadı bilmədim bizdən pul alası olsaydı sisteminiz daha dəqiq araşdırardı ama 😒.Sözüm bu 190 manatın kimlərə düşüb düşməməsinə baxan işçilərədi yəni işini düzgün yerinə yetirməyənlərədi ahımız sizin boynunuza biz götürdük əlacsız olaraq başqa çarəmiz yoxdur kimə müraciət etsəkdə baxan yoxdur ancaq Allah götürməsin çünki həqiqətən bizlərə düşürdü ancaq tanıdığım insanlar varki bir ailədə həm ərə düşdü həm arvada bu necə sistemdir bilmirəm gərək ki hər şey dəqiq araşdırıla bunun üçün də vicdanlı işçilər lazım idi o da sizin sistemdə yoxdu toxun acdan nə xəbəri olacaq ki indi də YEVLAX daxil olmaqla sərt karantin elan etdiyiniz şəhər sakinlərindən biri də biz həmçinin bizim vəziyyətdə olan başqası nə edək ailəmizi nə ilə dolandıraq həə?bu sualımıza kim cavab verə bilər vəzifəli qurumlardan soruşuram şəxsən mən gələcəyin 2 əsgərini böyüdürəm vaxtı çatanda tez yada düşəcək ancaq indi necə böyüyürlər düşünən yoxdu

  • Elnur
    İyun 26, 2020 - 11:05

    menimde adima 190 manat gelib hal hazirda 190 manatin biri pocta yatir vermiler deyiler adinda nese var menimde adimda bir telefon nomiresi var basqa hecne 2 ci 190 manatda bakdan verildi kar onuda bankmatda yoxladim pul kocmeyin kartida bank terefinen saxladilar sebebinde demiler

  • Rafael
    İyun 26, 2020 - 16:14

    Bu məqalədən daha çox şəxsi işinizə oxşadı.Elə bil CV yazmısınız,kreativ görünsün deyə araya da 190 manat müzakirəsin əlavə etmisiniz.

  • Nizami nugayev
    İyun 26, 2020 - 18:19

    Bir seyi basa dusmurem menim 190 ehtiyacim oldugu halda katla mas alana nece vere bilersiz ve bu ucuncu defe verildi niye kurdemire verilmedi basqa yere verildi yaxsi deyeki kurdemirde karantin yoxdu men bakida isleyirem ora gede bilmirem burda issiz qalmisam niye verilmedi he burda karantin yoxdu diye bura verilmeli deyil kurdemirde yasasamda bakida isleyirdimde ne ferqi var indi issize niye vermedi kurdemire? Bir defe uzunmu karti vermisuz?

  • Yardim edin
    İyun 27, 2020 - 09:27

    Salam menim iki qizim var kiraye yiglib 600m isig pulu 53m olub islemirem karantinle bagli ozumde apseron ucotundayam niye 190m cavabi gelmirki dusur ya dusmur allah namine komek edin mene hergun posda gedrem deyir adin yox hec olmasa usaqlarma xatir edin buda elaqe nomrem evimde yimeyimde yoxdu 0506166732

  • Yardim edin
    İyun 27, 2020 - 09:30

    Salam men kiraye qaliram bakida oluram abseronda iki qizim var kiraye 600m yiglib isiga 53m gelib isdemirem iki qizim var 190m xeber gelmiyib ne dusur ya dusmur her gunde posda dusrem komek edin 0506166732

  • Sehla
    İyun 27, 2020 - 09:32

    Hər kəs öz qəlbinin çörəyini yeyir

  • Abbasova Ayde
    İyul 3, 2020 - 00:10

    Salam.Ta bildirmek lazim deyil her wey qoz qabaqinda uje 2 ci sefer Karantine cixildi amma batmiw dovletin vaccine deyil axalimizden neyniyiller.Ozderi ucun qazanirsiz stetiyiniz kimi oynadirsiz Allah sizi oz stediyi kimi oynatsin Amin.uje 2 hefdedi hele 190m verilmir 3 uwaqim ne yeyir vecinize deyil hele.Duğunuz varsa uwaq pulu verinde acinnan olursuz vetandawdardan dileyirsiz bizi kimi vetandawdara moxtac qalin.Muxarbe olanda axirda uwaq axtarirsiz Vetana qurban vermek ..Sizden cox o pul pize lazim.Allah belanizi versin.3 uwaqimin axi tutsun.Vesiz Naziliqin canina duwsun Amin.23 nen qerer ine buqun 3 du xarda batmisiz sesiniz qelmir.Amma dilenci kimi pul yiqirsiz innsalardan ne nedi onuda bize verersiz 190 m qucunuz yoxdu onda.Bakinkin qozelliyinnen daniwirsiz.Batsin hele qozellik acinnan olan vetandawdari var.Mene cavab verin 3 uwaq ne yesin hecne etmirsiz.Sizin 1 qunun yemeyin biz bir ile yeyirik onnan mexrum qalasiz.Allah sizi innsafa qetirsin duniya qirilir yenede puldan doymursuz.Yoldawimda iwdemir yawdi qaynanam var 3 ovladim var .Ne yardim allik.Yardim edende adami bawina itin oyun qacirsiz ordanda ruwfet kimi alirsiz pulu.Pulum olsa size ne verirki mene yardim edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*