“2021-ci ilin yaz aylarınadək…” – Koronavirusla bağlı daha bir PROQNOZbackend

"2021-ci ilin yaz aylarınadək..." - Koronavirusla bağlı daha bir PROQNOZ

Çinin aparıcı epidemioloqlarından biri olan Çjun Nanşan koronavirusun bitəcəyi tarixlə bağlı proqnozlarını paylaşıb.

KONKRET.az xəbər verir ki, bu barədə yerli “Jenmin Jibao” qəzetində yazılıb.

Mütəxəssisin sözlərinə görə, cari ilin qış – 2021-ci ilin yaz aylarınadək pandemiya bitməyəcək. O əlavə edib ki, qışda yoluxma hallarının sayı arta bilər. Bununla belə, akademik vurğulayıb ki, pandemiyanın ikinci genişmiqyaslı dalğasını gözləməyə dəyməz.

Çinli həkim bildirib ki, koronavirusun alovlanmasının qarşısını kəsmək üçün vacib olan məqamda uçuşların dayandırılması, təhsil ocaqlarının bağlanması kimi qısamüddətli sərt tədbirlər görmək gərəkir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*