21 günlük körpə sarılıqdan öldü – GƏNCƏDƏbackend

21 günlük körpə sarılıqdan öldü - GƏNCƏDƏ

Azərbaycanda yeni doğulan körpə ölüb.

KONKRET.az xəbər verir ki,  aprelin 19-da Gəncə Perinatal Mərkəzində doğulmuş Babayev Sirac Elnur oğlu anası ilə birlikdə evə buraxılıb. Lakin sonradan uşağın səhhətində problem yaranıb.

Mayın 9-da ailəsi körpəni Gəncə şəhəri 2 saylı Uşaq Poliklinikasına yerləşdirib. S.Babayevə “dəqiqləşdirilməmiş mental sarılıq” diaqnozu qoyulub. O, müalicə olunduğu xəstəxanada vəfat edib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*