“24 saatın 14-nü güzgüyə baxıram“- Pərvin Abıyevabackend

“24 saatın 14-nü güzgüyə baxıram“- Pərvin Abıyeva

Tanınmış aktrisa Pərvin Abıyeva qabırğalarını çıxartması ilə bağlı gəzən söz-söhbətlərə aydınlıq gətirib.

KONKRET.az xəbər verir ki, “Show News”a danışan sənətçi xeyli çəki atdığını deyib.

1.73 sm boyu olan Pərvin cəmi 53 kiloqram olduğunu açıqlayıb:

“Mən artıq 5-6 ildir ki, arığam, amma indi lap arıqlamışam, 53 kilo olmuşam. Həm stress, həm də dieta edirəm. Gün ərzində bir dəfə yeyirəm. Meyvə-tərəvəz sevirəm, ət yeyirəm. Vitaminli şeylər yeyirəm. Evdə məşq edirəm, hər şey almışam. Evdə çox rahatam. Külək əsəndə məni aparmır, evdə otururam. Çəki atmaq istəyən xanımlar tez-tez güzgüyə baxsınlar. 24 saatın 14 saatını güzgüyə baxıram. Bədənimdə əməliyyat yoxdur”.

Həmin görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*