“3+3” formatı region dövlətləri arasında qarşılıqlı münasibətlərdə müsbət nəticəyə səbəb olacaq”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.
Diplomat hesab edir ki, Xarici İşlər Nazirliyinin bəyanatı Rusiyanın sözügedən format haqdakı mövqeyini kifayət qədər aydın izah edir. Hərçənd bir çox ölkələr problemin bu format çərçivəsində necə həll ediləcəyindən narahatdırlar.
Kopırkin əlavə edib ki, bu format həmçinin Ermənistan-Rusiya ittifaqı üçün yeni meydan deməkdir: “Region ölkələrini maraqlandıran müxtəlif məsələlər üzrə dialoq, fikir mübadiləsi aparmaq baxımından bu format böyük imkanlar yaradır” – deyə səfir fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
