3 məktəblini avtomobil vurdu, ikisi hadisə yerində öldü – VİDEObackend

3 məktəblini avtomobil vurdu, ikisi hadisə yerində öldü - VİDEO

Zaqatalada üç məktəblini avtomobil vurub.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə Zaqatala-Göyəm avtomobil yolunda baş verib.

İlkin məlumata görə, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili Göyəm kənd sakini olan üç məktəblini vurub. Onlardan ikisi aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Uşaqların meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Xəsarət alan uşaq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*