3 ölkə bir-birilə sərhədləri açdıbackend

3 ölkə bir-biri ilə sərhədləri açdı

Avropa inamlı addımlarla karantindən çıxmağa çalışır. Qitənin 3 ölkəsi hətta bir-biri ilə sərhədləri açmaq qərarına gəlib.

KONKRET.az xəbər verir ki, Latviya, Litva və Estoniya qarşılıqlı razılaşma əldə edib. Bu haqda Latviyanın baş naziri Krişyanis Karinş “Twitter” hesabında yazıb.

Sərhədlər mayın 15-də açılacaq. Baltikyanı ölkələr bu addımdan sonra 14 günlük karantin elan edəcək. Yəni hər 3 ölkəyə daxil olan şəxs iki həftə təcrid olunacaq. Bundan sonra Finlandiya ilə sərhədlərin açılması nəzərdə tutulub.

Baltikyanı ölkələr öz arasındakı sərhədləri martda bağlamışdı.

Pandemiya ilə bağlı bu ölkələrin heç birində vəziyyət ağır deyil. Estoniyada 1713 (55 ölüm), Litvada 1428 (48 ölüm), Latviyada isə 900 yoluxma halı (17 ölüm) qeydə alınıb.

Bizimyol.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*