Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus marşrutları üzrə 71-ci reysi zamanı qeyri-adi olay baş verib.
KONKRET.az xəbər verir ki, rayon sakinlərindən biri ermənilərin dağıtdığı və hazırda Heydər Əliyev Fondunun bərpa etdiyi Cümə Məscidinin qarşısında namaz qılıb, dualar oxuyub. O, havanın qarlı və şaxtalı olmasına baxmayaraq, ibadətini davam etdirib.
Məlum olub ki, həmin şəxs hazırda “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçi postunda çalışan Səttar Əliyevin qardaşı Şakir Əliyevdir./Report
