“40-ı çıxsın çimizdirərik” adəti körpəni canından edəcəkdi – VİDEObackend

"40-ı çıxsın çimizdirərik" adəti körpəni canından edəcəkdi - VİDEO

Bir aylıq uşağın bədənində səpkilər, yaralar əmələ gəlib. Körpənin dərisinə  infeksiya düşüb. “40-ı çıxsın çimizdirərik” deyimini əsas götürən körpənin valideynləri  həkimə  biraz da gec müraciət etsəydilər daha ciddi fəsadlar ola bilərdi. Hadisə Bakıda baş verib. Həkimlər belə hallarla bağlı yeni övladı olmuş valideynlərə ciddi xəbərdarlıq edir.

“40-ı çıxsın çimizdirərik” deyib körpəni bu hala saldılar.

KONKRET.az-ın məlumatına görə, həkim-pediatr Günay Rəsulova deyib ki, yeni doğulan bu körpə valideynləri tərəfindən bir aydır çimdirilmədiyindən onun bədənində bu cür müxtəlif səpkilər əmələ gəlib. Sözügedən körpənin dərisi infeksiyalaşıb. Həkimin vaxtında müdaxiləsi olmasaydı uşağın vəziyyəti daha da pisləşə bilərdi.

Pediatr bildirib ki, insanların körpəni 40 günlük olana qədər çimizdirməməsi düşüncəsi kökündən yanlışdır. Elə insanların əksəriyyəti də həkimlə həmfikirdir.

Pediatr Günay Rəsulova qeyd edib ki, göbəyi düşəndən sonra körpə dərisinə tez-tez edilən vannalar dəriyə qulluqda çox faydalıdır. Körpə dərisi qurumağa, qabıqlamağa meyilli olduğu üçün daimi nəmləndirmə, xüsusilə də çiməndən sonra nəmləndirici krem istifadəsi çox vacibdir.

Yeni doğulmuşların normal inkişafı üçün vaxtlı-vaxtında çimdirmək, gigiyena qaydalarına əməl etmək mühüm əhəmiyyət kəsb edir deyə – pediatr əlavə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*