5 ən PULGİR BÜRC: “Xüsusi istedadları ondan ibarətdir ki…” – ƏTRAFLIbackend

5 ən PULGİR BÜRC: "Xüsusi istedadları ondan ibarətdir ki..." - ƏTRAFLI

Çox adam deyir ki, xoşbəxtlik pulda deyil və bu deyim, əsasən kasıb ölkələrdə təbliğ olunur ki, insanlar sosial problemlərə çox da etiraz etməsin. Doğrudan da sağlam cəmiyyətdə xoşbəxtlik pulda deyil, xoşbəxtlik xoş rəftar, xoş ünsiyyət, tanışlıqlar, bütünlüklə xoş sifəti birləşən bütün isimlərdədir. Sadəcə, istənilən dövlət və cəmiyyətdə pulgir insanlar var. Onlar həyatın mənasını elə pulda görürlər.

KONKRET.az-ın əldə etdiyi məlumata görə pulu sevən insanlar 5 tipə bölünür. Daha doğrusu, astroloqlar 5 ən pulgir bürcün siyahısını müəyyənləşdirib.

Qoç

Paxıl deyillər, amma maliyyəni lazım olduğundan çox sevirlər. Maddi vəsaitə uğur ölçüsü kimi baxırlar. Özlərini düzgün qiymətləndirdikləri üçün bunun layiqli qarşılığını istəyirlər. Məqsədə çatmaq üçün Qoçların inadkarlığı yetərlidir.

Buğa

Bu bürcdə məbləğ artdı. Çünki Buğaların pulu sevməyi də, mövcud vəsaiti artırmaq bacarığı daha yüksəkdir. Paxıl yox, amma təsərrüfatçıdırlar. Buna görə də səliqəlidir, yəni sağa-sola bədxərclik etməz. Buğalar arasında pula görə çox şeyə risk edənlər də var.

Qız

Ən pulgir bürclərdəndir. Bəlkə də ən uzun ömürlü eşqləri pul sevgisidir. İstəyə görə daşdan da pul çıxardarlar. Xüsusi istedadları ondan ibarətdir ki, pul yatırdıqları sahənin qiyməti artır, yaxud aldıqları əşya, əmlakı daha baha qiymətə sata bilirlər.

Əqrəb

Onların pul sevgisi sağlam eqoizmlə bağlıdır. Xırda məsrəflərdə paxıllıq etmirlər. Sadəcə, gözəl pul saymaqları var və lazımsız xərclərdən qorunurlar. Borc pul verə bilirlər, çünki həmin məbləğ qayıdır. Sevdikləri insana hədiyyə alanda belə, daha artığının qayıdacağını planlaşdırırlar. Bu da onların özəlliyidir.

Oğlaq

Paxıl deyillər. Sadəcə, pul qazanmağı hamıdan yaxşı bacarırlar. Bunun sirri dayanmadan işləmək və düzgün sfera seçimlərindədir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*