Honqkonq Universitetinin əməkdaşları koronavirusun “Omikron” ştammının görüntüsünü yayıblar.
KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, görüntü elektron mikroskopun köməkliyi ilə çəkilib.
Görüntüdə “Omikron” ştammına yoluxan meymunun böyrək hüceyrəsi əks olunub.
Qeyd edək ki, ilk dəfə Afrika ölkələrində aşkar olunan “Omicron” ştammı artıq 57 ölkədə qeydə alınıb.
