70 aptekdə yoxlama: 19-da nöqsan aşkarlandıbackend

70 aptekdə yoxlama: 19-da nöqsan aşkarlandı

2026-ci ilin avqust ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 70 aptekdə yoxlama həyata keçirilib.

KONKRET.az xəbər verir ki, AEM-dən verilən məlumata görə, bu yoxlamalardan 48-i Bakı şəhərində, 22-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Bildirilib ki, yoxlamaların 51-i planlı, 16- sı plandankənar və 3 yoxlamadan kənar olmuşdur.

Aparılmış yoxlamalar nəticəsində 19 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.4, 221.1, 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*