8 otaqlı evdə yanğın – 15 yaşlı yeniyetmə ÖLDÜbackend

8 otaqlı evdə yanğın - 15 yaşlı yeniyetmə ÖLDÜ

Bərdədə fərdi yaşayış evində yanğın olub.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.

Mirzəyev Elmir Əsgər oğluna məxsus iki mərtəbəli, 8 otaqlı fərdi yaşayış evində yanğın baş verib.

Əraziyə dərhal FHN-nin Bərdə yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının qarşısı alınıb, alov söndürülüb.

Hadisə nəticəsində biri azyaşlı olmaqla iki nəfər xilas olunaraq təhvil verilib.

2009-cu il təvəllüdlü Həsənzadə Rafael Rauf oğlu Bərdə xəstəxanasında dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*