87 yaşlı kişiyə ərə gedən qadın – “20 ildir məni sevirdi, razı olmurdum…”backend

87 yaşlı kişiyə ərə gedən qadın - "20 ildir məni sevirdi, razı olmurdum..."

1 saylı Bakı DOST Mərkəzi tərəfindən evində səyyar sosial xidmət göstərilən ahıl vətəndaşlar ailə qurub.

DOST-dan verilən məlumata görə, 87 yaşlı vətəndaş Nadir Hüseynov bu gün 78 yaşlı Məsumə Dadaşova ilə nikaha daxil olub.

KONKRET.az xəbər verir ki, moderator.az-a danışan cütlük bir-birilərini 20 ildir tanıdıqlarını bildiriblər.

“20 ildir məni sevirdi, bir yerdə işləyirdik, əvvəl razı olmurdum, axır yola gətirdi məni, razılıq verdim” – deyə Məsumə Dadaşova vurğulayıb.

O, həmçinin qeyd edib ki, bu, onun ikinci evliliyidir: “Necə yalan deyim ki, birinci evliliyimdir. Əvvəl bir dəfə evli olmuşam. Birinci həyat yoldaşım 20 ildən çoxdur vəfat edib. Bir qızım da vardı, o da vəfat edib. Bir oğlum, nəvələrim var”.

Qeyd edək ki, 1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları bu şad günlərində vətəndaşların yanında olublar. Onları təbrik etməklə yanaşı, nikah münasibəti ilə hədiyyələr təqdim ediblər. Nikah 3 saylı ASAN Xidmət mərkəzində baş tutub.

  • Tahir
    Noyabr 23, 2021 - 19:11

    Allah xöşbəxt eləsin. Bir yastıq da qoşa qarısınlar. Gələn il bu vaxtı ekiz uşaqları dünyaya gətirsinlər, nəvə-nəticə toyu görsünlər. Can deyib can eşitsinlər. Qaynana- baldızla mehriban olsunlar. Amin ya rəbbil aləmin! Bir tuş! Dalınca srazı:
    bihürmətül Fatihə!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*