Abramyan: “Hakimiyyətin tutduğu yol silahlı qüvvələrin potensialını təhlükə altına salacaq”backend

Abramyan: "Hakimiyyətin tutduğu yol silahlı qüvvələrin potensialını təhlükə altına salacaq"

“Hərbi əməliyyatlar və müharibə şəraitində səfərbərlik prosesi dəqiqliklə həyata keçirilməlidir. Hakimiyyətin tutduğu yol nəinki silahlı qüvvələrin potensialının artmasına gətirib çıxarmayacaq, əksinə onu təhlükə altına salacaq”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bunu parlamentin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan yazıb.

“Yenə deyirəm, indiki mərhələdə təfərrüatlara varmaq istəmirəm. Amma gün kimi aydındır ki, hakimiyyət cəbhə xəttini və silahlanmanı gücləndirmək üçün kifayət qədər addımlar atmır. Hətta bu istiqamətlərdə hansısa iş görülsə də, hərəkət ya nəzərdə tutulan məqsədə xidmət etmir, ya da problemi tam aradan qaldırmır.

Bu vəziyyət təbii ki, qoşunlara həvalə edilmiş döyüş tapşırığının yerinə yetirilməsini çətinləşdirir.

Lakin indiki şəraitdə hakimiyyətin davranışı həm qoşunların lazımi döyüş qabiliyyəti səviyyəsinə çatdırılmasına, həm də daha səmərəli fəaliyyətə xələl gətirir”, – deyə Tiqran Abramyan  feysbuk səhifəsində yazıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*