Abramyan: “Rahat və susqun olan zabitlər Paşinyanı yaxşı tanımırlar”backend

Abramyan: "Rahat və susqun olan zabitlər Paşinyanı yaxşı tanımırlar"

“Rahat və susqun olan zabitlər Paşinyanı yaxşı tanımırlar”.

KONKRET.az xəbər verir ki, bunu “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyan Mikayel Arzumanyan və Cəlal Arutyunyana qarşı cinayət işini şərh edərkən deyib.

“Hərbçilərin həbsləri davam edəcək, yeni cinayət işləri başlanacaq. Bu hökumət üçün Silahlı Qüvvələr birinci dərəcəli struktur deyil. Ona görə də bütün qanunlar və qərarlar ordunun döyüş qabiliyyətinin artırılmasından irəli gəlmir. Qeyri-peşəkar kadrlar partiyadaxili maraqlara xidmət etmək üçün təyin olunur”, – deyə deputat qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*