ABŞ-da Black Friday: Onlayn mağazalarda 7.4 milyard dollar xərcləndibackend

ABŞ-da Black Friday: Onlayn mağazalarda 7.4 milyard dollar xərcləndi

Amerikalı alıcılar Qara Cümə günü internet mağazalarda 7.4 milyard dollar xərcləyiblər. KONKRET.az Reuters-ə istinadən xəbər verir ki, son bir ildə ABŞ-da onlayn satışlar 19,6% artıb.

ABŞ-ın 100 ən böyük pərakəndə satıcısından 80-də əməliyyatları izləyən Adobe Analytics-in məlumatına görə, onlayn satışlar bir gün ərzində 7.4 milyard dollara çatıb, adi mağazalarda satış 14.5% artaraq 4.2 milyard dollar təşkil edib.

ShopperTrak-in qlobal pərakəndə konsaltinq direktoru Brayan Fild bildirib ki, bu tendensiya müştərilərin satış yerinə deyil, məhz markaya önəm verməsindən qaynaqlanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*