Havayda meşə yanğınlarında ölənlərin sayı 93 nəfərə çatdı – YENİLƏNİBbackend

Havayda meşə yanğınlarında ölənlərin sayı 93 nəfərə çatdı - YENİLƏNİB

Havay adalarından birində Maui adasında baş verən yanğınlar nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb.

KONKRET.az  xəbər verir ki, bu barədə Maui adasının hakimiyyət orqanının rəsmi saytında məlumat yarləşdirilib.

Ştatın qubernatoru Coş Qrin qeyd edib ki, Mauidə baş verən hadisə ABŞ-da bir əsrdən artıq müddətdə ən ölümcül meşə yanğını olub.

Daha əvvəl ölənlərin sayının 89 olduğu bildirilirdi. Son məlumatlara görə, 2,2 mindən çox bina dağılıb.

Qeyd edək ki, Havay arxipelaqının kiçik adalarından biri olan Mauidə meşə yanğını avqustun 9-da başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda turistik şəhər olan Lahaina keçib və şəhər tamamilə yanıb.

09:37

Havay adalarında baş verən yanğınlar nəticəsində ölənlərin sayı 89 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Coşa Qrin məlumat verib.

Onun sözlərinə görə, yanğın ABŞ-də son yüz ildə baş vermiş bütün yanğınlar arasında ən çox insan ölümünə səbəb olub.

Daha əvvəl 80-ə yaxın insanın öldüyü bildirilirdi.

Havay arxipelaqının kiçik adalarından biri olan Maui adasında meşə yanğını çərşənbə günü başlayıb.

Güclü külək səbəbindən yanğın qısa zamanda turistik Lahaina şəhərinə də keçib.

Nəticədə şəhər tamamilə yanıb.

İnsanlar yanğından qurtulmaq üçün okeana giriblər. Onlar Sahil Mühafizəsi və könüllülər tərəfindən xilas edilib.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*