ABŞ-ın Kaliforniya ştatında hərbi təyyarə qəzaya uğrayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərindən 160 kilometr şərqdə baş verib.
ABŞ Dəniz Piyadaları Korpusunun sözçüsü Duane Kampa verdiyi açıqlamada qəzada 5 əsgərin öldüyünü bildirib.
Digər tərəfdən, El-Centro Dəniz Hava Qurumu təyyarədə nüvə materialının olması ilə bağlı mediada yayılan məlumatları təkzib edib.
Qəzanın səbəbləri araşdırılır.
İqbal Rzayev,
KONKRET.az
