ABŞ-da İLK DƏFƏ: Transgender edam edildi – FOTObackend

ABŞ-da İLK DƏFƏ: Transgender edam edildi - FOTO

Missuri ştatı ABŞ tarixində ilk dəfə transgender qadının edamını həyata keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, 2003-cü ildə adam öldürməkdə təqsirli bilinən 49 yaşlı Amber Maklafinə ölümcül iynə vurulub.

Telekanalın məlumatına görə, Maklafinin vəkilləri cəzanın yüngülləşdirilməsi üçün respublikaçı qubernator Mayk Parsona müraciət edib.

Müdafiəçilər bildirib ki, məhkum əqli gerilik, psixi sağlamlıq problemləri və uşaqlıq travması keçirib.

Qeyd edilib ki, Maklafin 2003-cü ildə qətl və zorlamaya görə ölüm cəzasına məhkum edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*