ABŞ-da koronavirusdan ölənlərin sayı 900 mini keçdibackend

ABŞ-da koronavirusdan ölənlərin sayı 900 mini keçdi

ABŞ-da pandemiyanın başlanğıcından bəri koronavirusdan ölənlərin sayı 900 mini ötüb.

KONKRET.az xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin saytında məlumat dərc edilib.

COVID-19-dan ölənlərin ümumi sayı 900 334 nəfərə çatıb.

Təkcə son dörd həftədə 60 mindən çox ölüm qeydə alınıb.

Yoluxma sayı isə ümumilikdə 76,2 milyonu keçib. “Omikron” ştamının yayılması fonunda son dörd həftə ərzində 17 milyondan çox yoluxma hadisəsi aşkarlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*