ABŞ-dan Donetskdə 2 ingilisin “ölüm hökmü”nə REAKSİYA – FOTObackend

ABŞ-dan Donetskdə 2 ingilisin "ölüm hökmü"nə REAKSİYA - FOTO

Amerika Birləşmiş Ştatları “DXR” (qondarma Donetsk Xalq Respublikası) adlanan bölgədə üç əcnəbi vətəndaşa ölüm hökmü verilməsindən narahatdır və Rusiya Federasiyasını humanitar qanunlara əməl etməyə çağırır.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken “Twitter” səhifəsində yazıb.

“Biz Ukrayna Silahlı Qüvvələrində qanuni olaraq xidmət edən döyüşçülərin saxta “məhkəməsi” və onlara hökm oxunması barədə xəbərlərdən ciddi narahatıq. Rusiyanı və onun qüvvələrini beynəlxalq humanitar hüquqa, o cümlədən hərbi əsirlərə verilən müdafiəyə hörmət etməyə çağırırıq”, – mesajda deyilir.

Xatırladaq ki, iyunun 9-da Rusiya dövlət mediası iki Britaniya vətəndaşı – 28 yaşlı Ayden Aslin, 48 yaşlı Şon Pinner və Mərakeş vətəndaşı Saadun Braqimin Donetskdə Rusiyanın nəzarəti altında olan ərazisində mühakimə olunduğunu bildirib.

Onlar hakimiyyəti ələ keçirməkdə və tanınmamış “DXR respublikası”nın qondarma konstitusiya quruluşunu devirməkdə ittiham olunurlar.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*