ABŞ Dövlət Departamentindən İrana qarşı sanksiyalarla bağlı yeni AÇIQLAMA: “Birtərəfli addımlar atmayacağıq”backend

ABŞ Dövlət Departamentindən İrana qarşı sanksiyalarla bağlı yeni AÇIQLAMA: "Birtərəfli addımlar atmayacağıq”

“ABŞ İrana qarşı sanksiyalar kontekstində birtərəfli addımlar atmayacaq”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə  ABŞ Dövlət Departamenti məlumat yayıb.

Dövlət Departamentinin sözçüsü İrana qarşı sanksiyaların qismən götürülməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırıb. Ned Prays bildirib ki, Birləşmiş Ştatlar İranı Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə danışıqlar masasına qaytarmaq üçün təktərəfli addımlar atmayacaq: “Biz yalnız danışıqları davam etdirmək üçün birtərəfli addımlar atmayacağıq” – Prays vurğulayıb.

Xatırladaq ki, 2018-ci ilin mayında ABŞ-ın o zamankı prezidenti Donald Tramp Tehrana qarşı sərt sanksiyaları birtərəfli qaydada bərpa etmək qərarına gəlib. Buna cavab olaraq İran nüvə tədqiqatları, sentrifuqalar və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edərək, saziş üzrə öhdəliklərini mərhələli şəkildə azaldacağını açıqlayıb.

Hazırda isə Vyanada JCPOA-nın bərpası və ABŞ-ın İrana qarşı sanksiyalarının ləğvi ilə bağlı danışıqlar aparılır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*