Qərb gərək Qarabağla bağlı üçtərəfli Bəyanatın icrası zamanı Bakının mövqeyini dəstəkləsin.
KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı general-leytenant Ben Hoces deyib. O, Qarabağda beynəlxalq hüququn Azərbaycanın yanında olduğunu bildirib:
“Azərbaycanlılar erməni icmasının təhlükəsizliyini təmin etmək və onların mədəniyyət yerlərini mühafizə etmək öhdəliyi götürüblər. Bizim ümid etməyə əsaslarımız var. Bu gün 30000-dən çox erməni Azərbaycanı vətəni sayır.
Dağlıq Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınır. Qərb və Şərq arasında yeganə yerüstü dəhliz Azərbaycandır. Əslində bu, Qara dəniz regionunun iqtisadi potensialının daha böyük inkişafı üçün açardır və Qərb gec qalmamalıdır”.