ABŞ-ın silah ixracı ötən il 49 faiz ARTIBbackend

ABŞ-ın silah ixracı ötən il 49 faiz ARTIB

2022-ci maliyyə ilində ABŞ-ın hərbi texnika ixracı təxminən 49 faiz artaraq 205,6 milyard dollara çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, 2022-ci maliyyə ilində ABŞ şirkətləri tərəfindən hərbi texnikanın birbaşa satışı 48,6 faiz artaraq 153,7 milyard dollara çatıb. Eyni dövrdə ABŞ hökuməti vasitəsilə hərbi texnikanın satışı əvvəlki maliyyə ili ilə müqayisədə 49,1 faiz artaraq 51,9 milyard dollar olub.

Məlumata görə, son maliyyə ilində təsdiqlənmiş satışlara İndoneziyaya 13,9 milyard dollar dəyərində “F-15ID” döyüş təyyarəsi, Yunanıstan üçün 6,9 milyard dollar dəyərində çoxməqsədli döyüş gəmiləri və Polşa üçün ümumi dəyəri 6 milyard dollar olan “M1A2 Abrams” tankları daxildir.

Eyni dövrdə ABŞ administrasiyası Səudiyyə Ərəbistanına 3,05 milyard dollar dəyərində “Patriot” raketləri, Küveytə 3 milyard dollar dəyərində “NASAMS” və Misirə 2,6 milyard dollar dəyərində “CH-47F Chinook” helikopterləri tədarük edib.

Qeyd edək ki, 2021-ci maliyyə ilində ABŞ hərbi texnikasının digər ölkələrə razılaşdırılmış satışı 138,2 milyard dollar təşkil edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*