ABŞ Kiyevdəki səfirliyinin işini bərpa etdibackend

ABŞ Kiyevdəki səfirliyinin işini bərpa etdi

ABŞ Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından təxminən üç ay sonra Kiyevdəki səfirliyinin işini bərpa edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, diplomatik missiyanın işinin bərpası, eləcə də əməkdaşlarının sayı barədə təfərrüatlar verilmir.

Xatırladaq ki, fevral ayında ABŞ Dövlət Departamenti öz diplomatlarını Ukraynadan çıxarmaq və Kiyevdə konsulluq xidmətlərinin göstərilməsini dayandırmaq qərarına gəlib. Bu arada, son həftələrdə rəsmi Vaşinqtonun nümayəndələri dəfələrlə bəyan ediblər ki, ABŞ-ın Ukrayna paytaxtında diplomatik missiyası “çox yaxında” öz işini bərpa edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*