ABŞ konqresmenlərindən Azərbaycana qarşı TƏXRİBATbackend

ABŞ konqresmenlərindən Azərbaycana qarşı TƏXRİBAT

ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiff və erməni məsələləri üzrə fraksiyasının həmsədri Frank Pallone “Azərbaycan Silahlı Qüvvələrinin sərhəddə erməni əsgərlərinə hücumu”ndan dərin narahatlıq keçirdiklərini bildiriblər.

KONKRET.az xəbər verir ki, Adam Şiff bu haqda özünün rəsmi internet səhifəsində, Frank Pallone rəsmi Tviter səhifəsində yazılı açıqlama paylaşıb.

Adam Şiff açıqlamasında “ABŞ-ın Azərbaycanın davam edən təcavüzünün qarşısını almaq üçün hər şeyi etməli olduğunu” vurğulayıb.

Frank Pallone isə “Azərbaycanın Ermənistana hücumlarının” ABŞ-ın təcili və qəti addımlar atana qədər davam edəcəyini, “Azərbaycanın Ermənistanın suveren ərazisinə hücumunun cavabsız qalmasının Əliyevi daha da ruhlandıracağını” qeyd edib.

Qeyd edək ki, hər iki konqresmen Türkiyə və Azərbaycana qarşı kini ilə məşhurdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*