ABŞ mediası Türkiyəni HƏDƏFƏ ALDI – ƏTRAFLIbackend

ABŞ mediası Türkiyəni HƏDƏFƏ ALDI - ƏTRAFLI

Dünya BMT-nin Nyu-Yorkdakı kritik sammitindən xəbər gözlədiyi bir ərəfədə ABŞ mətbuatında Türkiyəni sərt tənqid edən yazı dərc olundu.

KONKRET.az xəbər verir ki, Maykl Rubin imzası ilə nəşr edilən məqalədə “Türkiyənin karantinə alınması” çağırışı yer alıb.

Məqalə həftəlik jurnal kimi tanınan “Vashington Examiner”in internet saytında dərc olunub.

“İnklüzivlik hər zaman bir fəzilət deyil” yazılan məqalədə aşağıdakı qalmaqallı ifadələr yer alıb;

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz ölkəsinin de-fakto veto hüququndan istifadə edərək, NATO-nu inkişaf etdirməkdənsə, ona mane olur”.

Türkiyənin izlədiyi müstəqil xarici siyasəti “mənfəət əldə etməyə çalışmaq” kimi ümumiləşdirməyə üstünlük verən Rubin iddia edir ki, “Türkiyə Ukrayna böhranında olduğu kimi, digər məsələlərdə də fayda əldə etməyə çalışır.

Müəllif Türkiyədə qaz ixracı mərkəzinin tikintisinə diqqət yetirir. Məqalədə daha sonra qeyd edilir: “Bəlkə də Hindistanda keçirilən G20 sammitinin ən böyük uğuru Hindistan-Səudiyyə Ərəbistanı-Avropa İttifaqı ticarət dəhlizinin elan edilməsi oldu”.

Yeni ticarət yolunu son dərəcə mürəkkəb qiymətləndirən müəllif yazır ki, “Plana görə, dünyanın beşinci ən böyük iqtisadiyyatı olan Hindistan Birləşmiş Ərəb Əmirliklərinə mal göndərəcək. Qatarlar daha sonra yükləri Səudiyyə Ərəbistanı və İordaniya vasitəsilə İsrailə daşıyacaq. Hayfa limanında mallar Yunanıstana gedəcək yük gəmilərinə yüklənəcək. “Proses mürəkkəb görünsə də, əslində vaxta və pula qənaət edir və Hörmüz boğazı, Bab-əl-Məndeb və Süveyş kanalı kimi strateji tıxanma nöqtələrindən yan keçir”.

Prezident Ərdoğanın bu plana qarşı çıxdığını yazan Rubin bildirib ki, “Ərdoğan bunun əvəzinə İraq və Türkiyə üzərindən bir marşrut təklif etdi və Türkiyədən yan keçən heç bir marşruta vasitəçilik etməyəcəyini dedi”.

“Qərb Türkiyəyə etibar etməməlidir”, – deyən müəllif qalmaqallı açıqlamalarını belə davam etdirib:

“Ola bilsin ki, bir gün Türkiyənin istiqaməti dəyişəcək və dünya iqtisadiyyatına, enerji infrastrukturuna daha yaxşı inteqrasiya olunacaq. Lakin o gün gələnə qədər Qərb üçün ən yaxşı strategiya Türkiyəni karantinə almaqdır”. G20-nin qərarından narazı qalan Türkiyə ilk addımını atdı. Britaniyanın “Financial Times” qəzeti “Türkiyə G20-nin Hindistan-Yaxın Şərq ticarət dəhlizi planına alternativ yaratmağa çalışır” başlıqlı xəbərinə bu məlumatı daxil etdi:

“Türkiyə bu ay keçirilən G20 sammitində razılaşdırılmış Hindistan-Yaxın Şərq ticarət dəhlizi planına alternativlə bağlı intensiv danışıqlar aparır”.

Britaniya qəzeti xarici işlər naziri Hakan Fidanın İraq, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə gərgin danışıqlar apardığını yazıb.

Xəbərdə alternativ xətt yaratmaq üçün danışıqların davam etdiyi bildirilib.

KONKRET.az-ın ARAŞDIRMA QRUPU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*