ABŞ-nin maliyyə naziri Çin şirkətlərini hədələdibackend

ABŞ-nin maliyyə naziri Çin şirkətlərini hədələdi

ABŞ-nin maliyyə naziri Janet Yellen Çinin Ukrayna münaqişəsində Rusiyaya maddi dəstək göstərəcəyi təqdirdə Pekini hədələyib.

KONKRET.az  TASS-a istinadən xəbər verir ki, o, bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifeng ilə  görüşü zamanı bildirib. Görüşdən sonra ABŞ departamentinin yaydığı sənəddə deyilir: “Nazir Çin şirkətlərinin Rusiyaya dəstək göstərəcəkləri  təqdirdə ciddi problemlərlə üzləşəcəklərini bildiridi”. Qeyd olunur ki,  Yellen də Çinin himayə etdiyi qurumların kiberməkanda zərərli fəaliyyəti və bunun iki ölkə arasındakı münasibətlərə təsirindən narahatlığını bildirib. Bundan əvvəl xəbər verilmişdi ki, Çin hakerləri ABŞ Xəzinədarlığının bölməsini sındırıblar.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*