Bakıda avtomobil piyadanı vurub.
KONKRET.az lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.
Zibil tullantılarını yığan yük maşını 84 yaşlı Alman Davudoviç Məmmədovu vurub. Kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır.
