Bu şəxslərə inəklər VERİLƏCƏK – Agentlik MƏLUMAT YAYDIbackend

Bu şəxslərə inəklər VERİLƏCƏK - Agentlik MƏLUMAT YAYDI

Özünüməşğulluq proqramında maldarlıqla bağlı yeni zərf tətbiq olunur. Proqrama cəlb edilən şəxslərə damazlıq inəklər veriləcək.

Bu barədə KONKRET.az-a Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Bildirilib ki, maldarlıq istiqaməti üzrə proqrama cəlb olunan və cins damazlıq heyvanların saxlanması üçün uyğun şəraiti, eləcə də bu sahədə müəyyən təcrübəsi olan şəxslərin hər birinə “Simmental” və “Holstein” cinslərindən 2 baş inək veriləcək.

Yeni zərfin tətbiqində məqsəd özünüməşğulluq proqramı çərçivəsində yaradılacaq maldarlıq təsərrüfatlarında məhsuldarlığı artırmaq və təsərrüfat sahiblərinin gəlir imkanlarını genişləndirməkdir.

Qeyd olunub ki, cins damazlıq heyvanların saxlanma şərtləri fərqli olduğundan, müraciət edən vətəndaşların təsərrüfat şəraiti əvvəlcədən qiymətləndiriləcək. İlkin monitorinq zamanı heyvanların saxlanılacağı tövlənin vəziyyəti, ölçüləri və havalandırma şəraiti nəzərdən keçiriləcək.

Həmçinin proqram iştirakçılarının seçimi zamanı onların maldarlıq sahəsində təcrübəsi, bilik və bacarıqları da nəzərə alınacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*