ABŞ Rusiya donanmasını belə məhv edəcək – KİVbackend

ABŞ Rusiya donanmasını belə məhv edəcək - KİV

ABŞ və NATO-nun Rusiyaya qarşı müharibə planları hazırlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası yazır.

Adı açıqlanmayan analitiklərin fikrincə, Qərb Rusiya donanmasını məhv etmək üçün F-35 qırıcılarından istifadə edəcək. Belə ki, rus donanmasına qarşı ən effektiv vasitə məhz bu qırıcılardır.

Rusiyanın Baltik donanmasının hücumları ABŞ Hərbi Hava Qüvvələri, Norveç və Polşanın F-35-lərinin hücumu ilə dayandırıla bilər.

F-35-lər rus gəmilərinin dislokasiya yerlərini müəyyən edəcək və koordinatlarını ABŞ gəmilərinə ötürəcək.

Məqalədə bildirilir ki, Avropa məkanında Rusiya ilə böyük hərbi toqquşma baş verərsə, ABŞ və NATO arsenalındankı bütün cəbbəxanasını (nüvə olmayan – red.) istifadə edəcək. Bununla yanaşı, ekspertlər inanır ki, Rusiyanın havadan müdafiə sistemi son dərəcə müasirdir və ABŞ-dan gələn hücumları dəf etmək qabiliyyətindədir./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*