“ABŞ sanksiyalar çərçivəsində Rusiyanı GPS naviqasiya sistemlərindən ayırmaq imkanını nəzərdən keçirir”.
KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Roskosmosun baş direktoru Dmitri Roqozin bildirib:
“Bu gün sanksiyalar çərçivəsində ABŞ Rusiya Federasiyasının GPS-dən ayrılması imkanını nəzərdən keçirir. Bu barədə məlumatınız varmı? Sizə deyə bilərəm ki, bu məsələ müzakirə olunur” – Roqozin vurğulayıb.
O, bundan ötrü gərginlik yaratmağa gərək olmadığını açıqlayıb: “Hər bir smartfon Rusiyanın QLONASS sisteminə qoşulub və ona görə də GPS bütün smartfonlarda işləyəcək”.
Roqozin həmçinin bildirib ki, Fransa Qvianasındakı Kuru kosmodromunda fəaliyyət göstərən Rusiyanın “Soyuz” raketlərinin buraxılış kompleksi istifadə olunacaq. Roskosmosun baş direktoru Rusiyaya Avropa Kosmik Agentliyi kimi özünü düzgün aparmayan etibarsız tərəfdaş lazım olmadığını da əlavə edib.
Roqozin qeyd edib ki, “Roskosmos” onlara raketlər verməkdən imtina etdikdən sonra “OneWeb” iflasa uğrayacaq.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın “Enerqomaş” Elmi-İstehsalat Birliyinin məhsullarının ABŞ-a tədarükünü dayandıracağı barədə məlumat yayılmışdı. Söhbət “Atlas-5” və “Antares” raketləri üçün istifadə olunan “RD-180” və “RD-181” mühərriklərindən gedir.
Müşviq Tofiqoğlu,
KONKRET.az
