ABŞ üç Çin şirkətinə və Belarusdakı bir zavoda qarşı sanksiya tətbiq etdibackend

ABŞ üç Çin şirkətinə və Belarusdakı bir zavoda qarşı sanksiya tətbiq etdi

ABŞ üç Çin şirkəti və Belarusdan bir müəssisəyə qarşı əlavə sanksiyalar tətbiq etdiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir. Minsk Təkərli Traktor Zavodu, eləcə də Çinin “Xi’an Longde Technology Development Company Limited”, “Tianjin Creative Source International Trade Co Ltd”, “Granpect Co. LTD” şirkətləri qara siyahıya daxil edilib.

Amerika hakimiyyəti hesab edir ki, onların hamısı raket istehsalı üçün Pakistana avadanlıqların ötürülməsi ilə bağlı ola bilər.

Bundan əvvəl ABŞ sanksiyalar siyahısına İranda PUA istehsalı ilə məşğul olan 16 fiziki və iki hüquqi şəxsi də əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*