ABŞ və Aİ Rusiya elitasının aktivlərindən Ukraynanın bərpasında istifadə etməyi müzakirə edir – Bloombergbackend

ABŞ və Aİ Rusiya elitasının aktivlərindən Ukraynanın bərpasında istifadə etməyi müzakirə edir - Bloomberg

ABŞ və Aİ Rusiya və Rusiya elitasının sanksiyalar altındakı aktivlərindən Ukraynanın yenidən qurulmasında istifadə etməyi müzakirə edir.

KONKRET.az Bloomberg-ə istinadla xəbər verir ki, Avropa İttifaqı rəsmiləri Ukrayna müharibəsindən sonra yenidənqurma səylərini maliyyələşdirmək üçün sanksiyaya məruz qalan rus maqnatlarının aktivlərindən istifadə etməyi müzakirə edirlər.

Mənbələr bildiriblər ki, ideya çox erkən mərhələdədir və heç bir qərar verilməyib. Mənbə əlavə etdib ki, bir ehtimal müharibə təzminatlarını maliyyələşdirmək üçün aktivlərdən istifadə etməkdir.

Aktivlərin necə sərəncam veriləcəyi ilə bağlı istənilən qərarı son nəticədə Üzv Dövlətlər qəbul edəcək.

Avropa Komissiyasının sədri Ursula von der Leyenin sözçüsü Erik Mamer deyib ki, aktivlər təzə dondurulub, hələ qərar vermək tezdir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*