ABŞ və Türkiyə arasında Cənubi Qafqaz müzakirəsi – Ceyk Sallivan İbrahim Kalınla başqa nələri DANIŞIB?backend

ABŞ və Türkiyə arasında Cənubi Qafqaz müzakirəsi - Ceyk Sallivan İbrahim Kalınla başqa nələri DANIŞIB?

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan türkiyəli həmkarı İbrahim Kalınla beynəlxalq problemləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb:

“Onlar bir sıra regional məsələlər, o cümlədən Ukrayna, Əfqanıstan, Suriya və Cənubi Qafqazdakı hadisələrlə bağlı fikir mübadiləsi aparıblar, həmçinin Şərqi Aralıq dənizində sabitliyin qorunmasının vacibliyini müzakirə ediblər” – Ağ Evin bəyanatında bildirilib.

Xatırladaq ki, oktyabrın sonunda Romada G20 sammiti çərçivəsində ABŞ və Türkiyə liderləri Co Bayden və Rəcəb Tayyib Ərdoğanın görüşü baş tutub. Danışıqlar zamanı tərəflər Suriyadakı siyasi prosesləri, ehtiyacı olan əfqanlara humanitar yardımın çatdırılmasını, Liviyadakı seçkiləri, Şərqi Aralıq dənizindəki vəziyyəti və Cənubi Qafqazda sülhün bərqərar olmasını üçün diplomatik səylərin artırılmasını müzakirə ediblər.

Вице-президент США Джо Байден и премьер-министр Турции Реджеп Тайип Эрдоган приветствуют друг друга во время круглого стола, организованного Торговой палатой США (16 мая 2013). Вашингтон - Sputnik Армения, 1920, 31.10.2021

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*