“ABŞ və Türkiyənin Qara dənizdəki hərbi təlimləri Rusiyaya qarşı yönəlib”backend

"ABŞ və Türkiyənin Qara dənizdəki hərbi təlimləri Rusiyaya qarşı yönəlib"

“Qara dənizdə ABŞ və Türkiyənin ortaq hərbi təlimləri, şübhəsiz ki, Rusiyaya qarşı yönəlib”.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, “Məşqlərin antirus olması hamıya aydındır. Bu dövlətlər ölkəmizin sərhədlərindən, Qara dəniz sahilimizdən keçərək, sülh və sabitliyi təhdid edirlər. Görünən budur ki, Qara dənizdəki Amerika Altıncı Donanması düşmən tapmaqda səbirsizdir. Bunu boş yerə edirlər”.

“Vaşinqtonun bu təlimlər vasitəsilə müttəfiqlərlə birlikdə Avropada təhlükəsizliyin möhkəmləndirilməsinə öz töhfəsini verdiyi barədə açıqlamaları bu baxımdan təxribat xarakteri daşıyır”, – deyə Zaxarova qeyd edib.

Onun sözlərinə görə, Avropada təhlükəsizliyi gücləndirmək üçün Vaşinqton Minsk razılaşmalarının həyata keçirilməsi baxımından Kiyevə təsir etməli idi.

Qeyd edək ki, bundan əvvəl Amerika Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanmasının mətbuat xidməti iki Türk F-16 qırıcısı tərəfindən dəstəklənən ABŞ və Türkiyə gəmilərinin fevralın 9-da Qara dənizdə axtarış və aşkarlamanı əhatə edən birgə təlimlər keçirdiyini bildirmişdi. .

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*