Aeroport yolunda avtobus partladı – FOTO – VİDEObackend

Aeroport yolunda avtobus partladı - FOTO - VİDEO 

Bakının Sabunçu rayonunda sərnişin avtobusu yanıb.

KONKRET.az xəbər verir ki, hadisə keçmiş “Komsomol” dairəsi kimi tanınan ərazidə baş verib.

209 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən “Iveco” markalı avtobus qaraja doğru hərəkətdə olan zaman onun salonunda qısaqapanma yaranıb və alova çevrilib. Sürücü avtobusdan enib, alovun qarşısını almaq istəyib. Buna baxmayaraq, avtobus alova bürünüb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib, yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

APA

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*