Xalq artisti Afaq Bəşirqızının səhhətində problem yaranıb.
KONKRET.az xəbər verir ki, bunu aparıcı Elgiz Əkbər “Elgizlə izlə” proqramında bildirib.
Aparıcının dediyinə görə, xalq artistinin xəstəliyi hazırda daha da inkişaf edib:
“Özündən icazə almışam, ona görə deyirəm. 1995-ci ildən ağır arterozdan əziyyət çəkir. Xəstəlik bədənə yayıldıqca yerimək və iş görmək qabiliyyəti çətinləşib. Dörd dəfə əməliyyat olunub. Dizində, belində əməliyyatlar edilib. İndi xəstəlik daha ağır formada qayıdıb. Əvvəlkindən də çox ağrıyır”.
