Afaq Əliyeva: Hazırda ölkədə qızılcaya yoluxma halları azalıbbackend

Afaq Əliyeva: Hazırda ölkədə qızılcaya yoluxma halları azalıb

Hazırda ölkədə qızılcaya yoluxma halları azalıb.

KONKRET.az xəbər verir ki,bu barədə report-un sualına cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, sadəcə bir neçə yoluxma halı qeydə alınıb: “Bu da o deməkdir ki, hələ də infeksiya mənbəyi var. Bu səbəbdən peyvənddən kənarda qalan uşaqları mütləq vaksinasiyadan keçirmək lazımdır. Çünki infeksiya mənbəyi varsa və qızılca hava-damcı yolu ilə keçdiyindən xəstəlik hələ də gündəmdədir”.

Nazirlik bildirib ki, ölkədə qızılca əleyhinə kifayət qədər vaksin var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*