AFFA Aslan İsmayılovdan 10 min manat TƏZMİNAT İSTƏDİbackend

AFFA Aslan İsmayılovdan 10 min manat TƏZMİNAT İSTƏDİ

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının iddiası əsasında (AFFA) hüquqşünas Aslan İsmayılovun məhkəmə prosesi başlayıb.

KONKRET.az xəbər verir ki, məhkəmənin hazırlıq iclası hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilib.

Prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib. İddia məhkəmə baxışına qəbul olunub. Məlum olub ki, AFFA Aslan İsmayılovu qurum barədə böhtan xarakterli məlumatlar yaymaqda, işgüzar nüfuzuna xələl gətirməkdə günahlandırır və 10 min manat təzminat tələb edir.

Məhkəmənin ilkin baxış iclası noyabrın 10-a təyin olunub.

Qeyd edək ki, bir müddət öncə Aslan İsmayılov AFFA-nı korrupsiya əməllərinə ittiham etmişdi. Hüquqşünas feysbuk hesabından paylaşımında qurumun işlədilən fəhlələrə maaşlarının ödənilmədiyini bildirmişdi./qafqazinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*