Ağ Evin yeni mətbuat katibi Karin Jan-Pyer jurnalistlərlə ilk görüşündə cinsi oriyentasiyasını açıqlayıb.
KONKRET.az xəbər verir ki, o, qaradərili lezbiyan və immiqrant olduğunu söyləyib.
“Məndən əvvəl maneələri dəf etmiş insanlar olmasaydı, bu gün burada olmazdım”, – deyə Jan-Pyer vurğulayıb.
Qeyd edək ki, 44 yaşlı Karin Jan-Pyer mətbuat katibi vəzifəsində Cen Psakini əvəzləyib. Cen Psaki fəaliyyətini başqa bir qurumda davam etdirəcək.
