“Ağadadaş Ağayev əlinə balta alıb mühafizəçinin üstünə gəlibsə…” – Psixoloq rəyibackend

“Ağadadaş Ağayev əlinə balta alıb mühafizəçinin üstünə gəlibsə...” - Psixoloq rəyi

“Ümumən onkoloji xəstəliyin sonuncu mərhələlərində dözülməz şiddətli ağrılar olur. Bu, doğrudan da şəxsin çətinliklə tab gətirəcəyi ağrı və çətinlik mərhələsidir. Belə hallarda hətta həkim resepti ilə narkotik tərkibli ağrıkəsicilərin istifadəsi ölkəmizdə də leqal sayılır. Əlbəttə, Ağadadaş Ağayevin həkimi ilə də danışmaq lazımdır ki, o, xəstəliyin hansı mərhələsindədir. Ən yumşaq ifadə ilə belə deyək, bu tip xəstələr ölümün gəlmə sürətini bəyənmirlər deyə özülərinə birbaşa xətər yetirməyi, bəlkə də, dini anlamda doğru hesab etmirlər, ya da buna gücləri çatmır”.

KONKRET.az pravda.az-a istinadla xəbər verir ki, bunu psixoloq Əfsanə Rüstəmova Xalq artisti Ağadadaş Ağayevin “MedEra Hospital”ın qarşısında balta ilə törətdiyi insidentə rəy verərkən deyib.

O əlavə edib: “Doğrudan da, deyildiyi kimi əvvəlcə tibb bacısı çağırılıbsa, o da gəlməyibsə, Ağadadaş Ağayev əlinə balta alıb mühafizəçinin üstünə gəlibsə, ehtimal olunan situasiyalardan biri də budur ki, şəxsin istəyi “kaş kimsə hirslənib mənə baltanı vura, məni öldürə, bu ağrılardan canım qurtara” olub. Bu rəyi vermək üçün mütləq onkoloji xəstəliyin hansı mərhələdə olduğunu həkimdən dəqiqləşdirməliyik. Həqiqətən sonuncu mərhələlərdirsə, şəxsin şiddətli ağrılarının olması, hadisəni də məhz bu motivdə törətməsi ehtimalı yüksəkdir”.

Psixoloq bildirib ki, bu tip görüntülərin mediada aşkar şəkildə paylaşılmasını doğru hesab etmir: “Videodan görünən qədəri ilə mühafizə əməkdaşı insident törədən şəxsi zərərsizləşdirmək üçün ona ağır xəsarət də yetirə bilərmiş. Hüquqi tərəfdən baxsaq, Ağadadaş Ağayevə qarşı zorakılıq olduğunu yox, mühafizəçinin özünü qorumaq məqsədilə onu zərərsizləşdirdiyini görürük. Belə məqamlarda qarşı tərəfin bizə və ya ətrafa zərər yetirəcəyini ehtimal ediriksə, polisə müraciət edirik. Bu cür məqamlarda hətta polis əməkdaşlarının belə şəxsləri öldürmələri də mümkün olur. Bu kimi hadisələrə rəy verərkən bütün detalları bilmək lazımdır”.

“Videoda diqqət etdinizsə, Ağadadaş Ağayev müvazinətini saxlaya bilmir, bir dönəm sonra yıxılır, qalxanda da yenə səndələyir. Bu kiçik kadr bizə onun sağlamlıq və ya psixoloji, ümumən fizioloji vəziyyətinin yerində olmadığına dair rəy verməyə əsasdır. Digər önəmli məqam budur ki, mühafizəçi Ağadadaş Ağayevin belə bir xəstəliyi olduğunu bilirsə…

Cəmiyyət arasında Ağadadaş Ağayevin xəstəliyi, yaşı barədə rəy verilirsə, mühafizəçinin öz yaşı da kifayət qədərdir. Ən azından videodan görünən budur. O, özünü qorumaq məqsədilə aktı yerinə yetirmiş də ola bilər”.

Ə.Rüstəmova hadisə ilə bağlı yayılan videonun yarımçıq olduğunu düşünür:

“Ağdadaş Ağayevin birinci həmlədən ayaqyalın, əlində soyuq silah gətirə bilmə ehtimalı var. Eyni zamanda, videondan görünür ki, hələ onun özünü idarətetməsi tam yerində deyil. Bu halda olan birinin belə addım atmasına mənim təcrübəmdə hələ rast gəlinməyib. Deməli, yayılan videonun əvvəlində daha fərqli insident var və sonrasında bu hadisə yaşanıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*