Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.AZ bildirir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Ağcabədi rayonunun Avşar kəndində “VAZ” markalı iki minik avtomobili toqquşub.
Nəticədə avtomobillərdən birinin yanar hissələri yanıb. Yanğının kəşfiyyatı zamanı avtomobildə aşkarlanan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürən – xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
