Ağciyər xərçənginin qeyri-adi əlamətibackend

Ağciyər xərçənginin qeyri-adi əlaməti 

Çiyinlərdə və ya qollarda ağrı ağciyər xərçənginin göstəricisi ola bilər.

KONKRET.az xəbər verir ki, bu barədə ingiltərəli alimlər xəbərdarlıq ediblər.

Onların sözlərinə görə, adətən ağciyər xərçəngi bu xəstəliyin digər növlərindən daha sürətli yayılır. Bu səbəbdən bədəndə olan əlamətlərə diqqət etmək lazımdır.

Həmin simptomların arasında barmaqların dərisinin quruması da erkən mərhələdə xərçəng əlamətləri ola bilər. Xəstələr tez-tez əl və ayaqlarında sancmalardan şikayət edirlər. Bütün bunlar ağciyərlərə bağlı olan qan damarlarında artan təzyiq nəticəsində ətrafların qan tədarükü ilə bağlı problemlərin yaranmasına görədir.

Qeyd edək ki, səsin səbəbsiz yerə boğuq çıxması da ağciyər xərçənginin əsas əlamətlərindən hesab edilir. Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*