“Ağzınız köpüklənə-köpüklənə…” – Xalq artisti intihar edən Sevildən YAZDIbackend

Ağzınız köpüklənə-köpüklənə...” - Xalq artisti intihar edən Sevildən YAZDI

Xalq artisti Faiq Ağayev 20 yaşlı Sevil Atakişiyevanın intiharına münasibət bildirib.
KONKRET.az xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, məsələyə sərt reaksiya verərək fikirlərini bu cür ifadə edib:
“Nə kimi əməlisalehlik etmisiniz ki, bu həyatda?
– Həddi-buluğa çatmayan qız uşağını ərə verənlərə “el adətidir” deyib, bəraət qazandırdınız.
– Zorlanan qıza yox, cinayətkara can yandırdınız.
– Özgənin halal zəhmətlə qazandığı mal-mülkünə qarətçitək göz dikib, “haramla yığıb da!” dediniz.
– Qız uşağı doğulmasın deyə, nəsillikcə şiddət göstərib, həyat yoldaşlarınızı aborta məcbur etdirdiniz.
– Uşaqlarınızın gələcəyini düşünmədən “həzmi-rahat” edib, onları təhsildən uzaqlaşdırıb, bu gününüzə qurban etdiniz.
İndi də intihar edənləri araşdırmadan, “Allaha qarşı çıxdı” adıyla, ağzınız köpüklənə-köpüklənə lənətləyirsiniz”.
F.Ağayev sözlərini: “Yaradana ən böyük itaətsizlik edənin, Ona qarşı çıxanın ən yekəsi elə özünüzsünüz. Özünüzdən başlayın bu dünyanı səliqə-sahmana salmağa. Əlbət ki, onda Allah özü sizə yar və yardımçı olar”-, deyə bitirib.

Qeyd edək ki, Sevil Atakişiyeva bir neçə gün əvvəl Xətai rayonunda çoxmərtəbəli binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*