Hindistanda səfərdə olan Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen Hindistana Avropa hərbi texnikasının satışının artırılmasını və azad ticarət sazişi üzrə danışıqların bərpasını müzakirə edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “NDTV” telekanalı xəbər yayıb.
Bu gün Ursula fon der Lyayeb Hindistanın baş naziri Narendra Modi ilə görüşəcək. Aİ rəsmilərinin sözlərinə görə, onun səfəri Qərbin Hindistanı Rusiya ilə əlaqələrini kəsməyə təşviq etmək səylərinin bir hissəsidir.
